SON XƏBƏRLƏR

Əhmədinejad susacaq

2021.10.20, 07:36
Əhmədinejad susacaq

Gunaz.tv

GünAz TV: İyunun (June) 7-də jurnalistlərlə görüşən İran prezidenti Mahmud Əhmədinejad hökumətin yolunu azmış cərəyan və rəmmallarla əlaqədar olması ittihamlarından danışıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Əhmədinejad bəzi yaxın adamlarının cindarlarla əlaqədar olması barədəki ittihamları rədd edib: “Cindarlıqla məşğul olanları tutublar. Artıq qoyun işimizi görək. Hökumət yalnız xidmət göstərmək fikrindədir. Biz bu mübahisə və söz-söhbətlərə son qoymaq istəyirik. Onlar istəmirlər”.

 

Əhmədinejad hakimiyyətdəki bir sıra mühafizəkarların hökumətinə qarşı ardıcıl hücum və ittihamlarına qarşı mövqeyini açıqlayıb: “Mən bu təxribatlar qarşısında susur, bunu hakimiyyət daxilindəki birliyi qoruyub saxlamaq üçün vacib sayıram. Bir daha təkrar edirəm ki, bütün bu hücumlar qarşısında bizim mövqeyimiz susmaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar