SON XƏBƏRLƏR

Rusiyali həmsədr: "Tənzimləmədən tezliklə nəticələr gözləmək olar"

2021.10.20, 07:36
Rusiyali həmsədr: "Tənzimləmədən tezliklə nəticələr gözləmək olar"

Gunaz.tv

GünAz TV: ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov deyib ki, fəallaşmış tənimzləmə prosesindən (sürəcindən) tezliklə nəticələr gözləmək olar.

“Trend” agentliyinin (ajansının) məlumatına görə bu şərhilə bölgəyə səfər edən diplomat tərəfləri ayıran təmas xəttində bölüşüb.

Minsk qrupunun Fransalı həmsədri Bernard Facie, Rusiyalı həmkarı ilə razılaşaraq danışıqların fəallaşmasının zəruriliyini qeyd edib.

Bundan əvvəl Minsk Qrupu həmsədrlərinin Bakı danışıqlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bölgəyə sülhməramlı qüvvələrin gətirilməsinə münasibət bildirib.

O, erməni qüvvələrinin çıxarılmasından sonra bölgəyə yeridiləcək sülhməramlıların tərkibində Rusiya, ABŞ (Amerika Birləşmiş Ştatları) və Fransa ilə yanaşı qonşu dövlətlərin təmsil olunmayacağını deyib.

Danışıqların prosesinin fəallaşmasını qeyd edən Ermənistan Dağlıq Qarabağın mövqeyinin nəzərə alınmasının mühüm olduğunu qeyd edib.

Bu fikirlərlə rəsmilər bölgəyə baş çəkən ATƏT sədrinin Dağlıq Qarabağ danışıqları üzrə şəxsi nümayəndəsi Andrzej Kasprzyk-lə bölüşüblər.

 

“Ermənistan hesab edir ki, Azərbaycan Dağlıq Qarabağla danışmaq istəmirsə, o özü Qarabağ əhalisinə kömək etmək üçün onun adından danışmalı olur, ” - deyilir Reqnum agentliyinin rəsmidən gətirildiyi iqtibasda.

 

Bununla yanaşı Avropalı diplomat deyib ki, Qarabağ danışıqların yekun (nəgayi) nəticələrini qəbul etməli olacaq.

 

Hazırda tərəflər 4 il əvvəl Madriddə razılaşdırılmış Təməl prinsiplər (əsllər, ilkələr) üzərində işləyirlər ki, onlar qoşunların işğal edilmiş ərazilərdən çıxarılması, kommunikasiyanın (irtibatat) açılması, ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması, sülhməramlı qoşunların yerləşdirilməsi və sair məsələləri əhatə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar