SON XƏBƏRLƏR

Libi diktatoru Tripolidə (Trablosda) sonadək qalacağını bildirib

2021.10.20, 07:36
Libi diktatoru Tripolidə (Trablosda) sonadək qalacağını bildirib

Gunaz.tv

GünAz TV: Liviyanın (Libinin) dövlət televiziyası ilə yayımlanan nitqində Müəmmar Qəzzafi “nəyin bahasına olursa olsun” paytaxt Tripolini (Trablosu) tərk etməyəcəyini deyib.

 

Liviya lideri tərəfdarlarını NATO zərbələrinə boyun əyməməyə çağırıb. Bu barədə APA bbc.com saytına istinadən xəbər yayıb.

 

Son günlər ərzində Liviya liderinə sadiq qüvvələrin kommunikasiya (irtibatat) mərkəzlərinə NATO ölkələrinin zərbələri sıxlaşıb.

 

Şimali Alyans (şimali etilaf) öz əməliyyatlarında həmçinin helikopterlərin istifadəsinə başlayıb ki, hücum obyektlərini (mərkəzlərini, yerlərini) daha dəqiq hədəfləyərək mülkilər arasında təsadüfi qurbanların sayını azaltmaq mümkün olsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar