SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: "Bu qatarın nə geriyə hərəkəti, nə də əyləci var"

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: "Bu qatarın nə geriyə hərəkəti, nə də əyləci var"

Gunaz.tv

GünAz TV: İranın nüvə proqramı qatarının nə geriyə hərəkəti, nə də əyləci var.

GünAz TV mətbuat mərkəzinin  ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bunu Tehranda təşkil edilmiş mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad deyib.

İranın nüvə proqramında ləngimələr barədə yayılmış söz-söhbətlə bağlı sualı cavablandıran ölkə başçısının sözlərinə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) və müttəfiqləri millətlərin müstəqil inkişafına düşməncəsinə yanaşır. İran prezidenti bunun səbəbini ABŞ və müttəfiqlərinin həmin dövlətlərin müstəqil olaraq inkişaf etməsi və onların təsir sferasından (hozəsindən) çıxmasından ehtiyat etməsində görür.

 

 Əhmədinejad bildirib ki, məhz elə bu səbəbdən də onlar dünya ictimaiyyətini çaşdıraraq, İranın nüvə silahı hazırlamaq istədiyi barədə inandırmağa çalışır. İran prezidenti ölkəsi ilə danışıqlar aparılıb-aparılmayacağından asılı olmayaraq İranın dinc nüvə fəaliyyətini davam etdirəcəyini deyib. Bununla yanaşı o, ölkəsinin istənilən beynəlxalq vasitəçi qrupları ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar