SON XƏBƏRLƏR

Firudin bəy Cəlilovun “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib

2021.10.20, 07:36
Firudin bəy Cəlilovun “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: İyunun (June) 7-də “Park İnn”də Firudin Ağasıoğlunun (Cəlilov) “Etrusk-Türk bağı” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar iştirak edib.Tədbiri tanınmış jurnalist Sevil Nuriyeva açıb. Qonaqları salamlayan aparıcı Firudin Cəlilovun 1975-ci ildən etrusk türkləri ilə bağlı araşdırma apardığını bildirib. Müəllif özü isə kitab barədə ətraflı məlumat verib. Deyib ki, digər yazılı əsərlərdən, materiallardan (mənbələrdən) istifadə etdiyi bu kitabı iki ilə yazıb ərsəyə gətirib. Firudin Cəlilov vurğulayıb ki, indi də dilimizdə işlətdiyimiz bəzi sözlərin kökü etrusklardan gəlir. Latın əlifbası da məhz etrusk əlifbasından yaranıb. Müəllif onu da qeyd edib ki, etrusklar özlərinə “rasna” deyiblər ki, bu da “Araz” sözündən gəlir. Qeyd edək ki, “Oğuz eli” İctimai Birliyinin köməkliyi ilə çap olunan “Etrusk-Türk bağı” kitabının elmi redaktoru (virayeşgəri) Nail Vəliyevdir. Kitabda etruskların mənşəyi, tarixi, etnoqrafiyası (qövm  niqari), mifologiyası (əsatir) və dili haqqında məlumat verilir, etrusk-türk əlaqələrindən geniş, həm də ilk dəfə sistemli şəkildə bəhs olunur. elmi-populyar (məhbub, seçilmiş) üslubda yazılan bu kitab müəllifin son 30 ildə türkologiya (türkoloji) elminə gətirdiyi türk etnosunun (etnik qrup) Ön Asiyada yaranması baxışı üzərində qurulmuş yeni “Urmu nəzəriyyəsi” əsasında yazılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar