SON XƏBƏRLƏR

Əhmədinejadın Ermənistan səfərinin təxirə salınması nəilə əlaqədardır?!

2021.10.20, 07:36
Əhmədinejadın Ermənistan səfərinin təxirə salınması nəilə əlaqədardır?!

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejat dünən Ermənistan səfərini təxirə salıb.

Bununla bağlı məlumat verən Ermənistan prezidentinin mətbuat sözcüsü Armen Arzumanyan Əhmədinejadın Ermənistana daha uyğun bir zamanda səfər edəcəyini açıqlayıb.

İranın rəsmi xəbər agentliyi (ajansı) olan İRNA-nın məlumatına görə, İran prezident Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin (şöbəsinin) müdir müavini Məhəmməd Həsən Salihi Məram bildirib ki, iki tərəf arasında bəzı anlaşmaların imzalanması gözlənilirmiş. Ancaq anlaşma ilə bağlı bəzi sənədlərin Ermənistan tərəfındən hazırlanmaması bu səfərin təxirə salınmasına səbəb olub.

 

Məsələ ilə bağlı politloq Qabil Hüseynli "Mərkəz" qəzetinə öz münasibətini bildirib. O bəyan edib ki, bu, İranın daxilində baş verən siyasi proseslərin (sürəcin) artması və ölkədə siyasi böhranın yaşanması ilə əlaqədardır: «Bu günlərdə SEPAH başçısının dini lideri Ayətullah Xamneyiyə müraciət edərək, prezident Əhmədinejadın vəzifəsindən uzaqlaşdırılması ilə əlaqədar tələbindən sonra bu günlərdə onun xeyli tərəfdarı həbs edilib. Bu həbslər nəticəsində ətrafında mənfi əhval-ruhiyyənin formalaşması onu bu səfəri təxirə salmağa məcbur edib. Səfərin təxirə salmasının bir səbəbi də İranın dini lideri Ayətullah Xamneyinin ona qarşı müəyyən taktiki addımlar atması ilə bağlı ola bilər. Həm də neçə vaxtdır, keçmiş prezident Rəfsəncaninin təşkil etdiyi xüsusi Fart qruplaşması Ayətulah Xamneyini hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Bu istiqamətdə ilk addım kimi prezident Əhmədinejadın həyatına son qoymağı düşünürlər. Çünki, prezident seçkilərində onların fikri belə idi ki, Əhmədinejad deyil, Musəvi prezident seçilsin və onlar Xamneyinin dini liderlikdən istefasını tələb etsinlər. Bununla da bu vəzifə farskökənli şəxsin əlinə keçəcəkdi. Ancaq hadisələr onların planlaşdırdığı kimi inkişaf etmədi».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar