SON XƏBƏRLƏR

Ban Ki Mun: "Mladiçin həbsi insanlığa qarşı cinayət törədənlər üçün güclü mesajdır"

2021.10.20, 07:36
Ban Ki Mun: "Mladiçin həbsi insanlığa qarşı cinayət törədənlər üçün güclü mesajdır"

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) baş katibi Ban Ki Mun minlərlə boşnakın (bosniyalının) öldürülməsində ittiham olunan "serb qəssabı" Ratko Mladiçin həbs olunmasının insanlığa qarşı cinayət törədənlər üçün güclü mesaj olduğunu açıqlayıb.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Ban Ki Mun Mladiçin yaxalanmasının beynəlxalq ədalət baxımından tarixi olay olduğunu bildirib.

 

Mladiçin yaxalanmasının keçmiş Yuqoslaviyada insanlığa qarşı cinayət törədənlərin hüquq qarşısına çıxarılması baxımından önəmli mərhələ olduğunu qeyd edən baş katib 16 il sonra da olsa ədalətin yerini tapacağını vurğulayıb.

 

İnsanlığa qarşı cinayət törədənlərin toxunulmazlıqlarına son qoymanın beynəlxalq sülh, ədalət və uzlaşma baxımından böyük əhəmiyyət daşıdığını deyən baş katib bunun digər cinayətkarlar üçün də dərs olacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar