SON XƏBƏRLƏR

İranda daha bir hüquq müdafiəçisi tutuqlanıb

2021.10.20, 07:36
İranda daha bir hüquq müdafiəçisi tutuqlanıb

Gunaz.tv

GünAz TV: İranda qadın hüquq müdafiəçisi və bloqçu Rahil Aşnagərin tutulduğu bəlli olub.

 

GünAz TV  mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ənzəli şöbəsinin əməkdaşları Rahil Aşnagəri iyunun 1-də atasının mənzilindən aparıblar. Evdə axtarış aparılıb, bloqçunun kompüteri və digər şəxsi əşyaları götürülüb.

 

Əvvəlcə Ənzəli zindanına aparılan Rahil Aşnagər sonradan Rəşt şəhərinin Lakan zindanına köçürülüb. Fəal ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar