SON XƏBƏRLƏR

Suriyada 120 polis qətlə yetirilib

2021.10.20, 07:36
Suriyada 120 polis qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Suriyanın şimal-qərbindəki Cisr-əl-Şuhur şəhərində naməlum silahlıların hücumu nəticəsində 120 polis öldürülüb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın dövlət televiziyası xəbər yayıb. Rəsmi açıqlamaya əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət əleyhinə üsyanın başladığı şəhərdə qayda-qanun yaratmağa göndəriliblər. Lakin onlar yolda pusqu quran silahlıların hücumuna məruz qalıblar. Əvvəlcə 40 polisin öldüyü bildirilsə də, sonradan ölənlərin sayının 120 nəfər olduğu bəyan edilib. Hadisənin başqa təfərrüatları hələlik bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar