SON XƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatı İran və Suriyanı tənqid edib

2021.10.20, 07:36
Birləşmiş Millətlər Təşkilatı İran və Suriyanı tənqid edib

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) nüvə agentliyinin (ajansının) rəhbəri Yukiya Amano İranın nüvə sahəsində hərbi məqsədlərlə fəaliyyət göstərə bildiyinin mümkün olduğunu deyib.

 

GünAz TV mətbuat mərkəzinin "Amerikanın Səsi"nə istinadən yaydığı məlumata görə, dünən Vyanada Beynəlxalq Atom Enerjisi agentliyinin heyətinin bir həftə sürəcək iclasının açılışında danışan Amano İranı beynəlxalq nüvə ekspertləri (karşünasları) ilə əməkdaşlıq aparmadığına görə tənqid edib. Amano bununla yanaşı Suriyanı da tənqid edərək, Beynəlxalq Atom Enerjisi agentliyinin Dair Əlzurdakı obyektin (təsisat mərkəzinin) elan edilməmiş nüvə reaktoru olduğuna dair təxminlərini müdafiə edib.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) və onun müttəfiqləri Suriya müfəttişlərə şübhəli nüvə reaktorunu yoxlamağa icazə vermədiyinə görə Beynəlxalq Atom Enerjisi agentliyinə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq üçün təzyiq göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar