SON XƏBƏRLƏR

Bakı Olimpiya Stadionunun (stadiomunun) təməli qoyulub - FOTO

2021.10.20, 07:36
Bakı Olimpiya Stadionunun (stadiomunun) təməli qoyulub - FOTO

Gunaz.tv

GünAz TV: İyunun (June) 6-da paytaxtda Bakı Olimpiya Stadionunun (stadiomunda) təməli qoyulub.

Prezident İlham Əliyevin də iştirak etdiyi təməlqoyma mərasimində FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Prezidentə verilən məlumata görə 65 min tamaşaçı yeri olacaq Bakı Olimpiya Stadionunda  müxtəlif funksiyalı (vəzifəli) tribunalar, qaçış zolağı və digər infrastrukturun (altyapı, zirsaxt) inşası nəzərdə tutulub.

 

Daxili sahəsi 120,830 kvadratmetr (metr-i mürəbbə) olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaqdır. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

 

Təməli qoyulan Bakı Olimpiya Stadionunun layihə şəkillərini təqdim edirik:

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar