SON XƏBƏRLƏR

Babək Xürrəmdin ləqəbli məhbus veblaqçının müalicəsinə icazə verilmir

2021.10.20, 07:36
Babək Xürrəmdin ləqəbli məhbus veblaqçının müalicəsinə icazə verilmir

Gunaz.tv

GünAz TV: Babək Xürrəmdin ləqəbli Azərbaycanlı məhbus veblaqçı, insan haqları fəalı Hüseyn Rövnəqi Məlekinin müalicəsi təxirə salınıb.

 

Hakim Pirabbasi və müstəntiqlər Rövnəqinin dərmanının davamına maneə olublar.

 

GünAz TV mətbuat mərkəzinin “Herana”-ya istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz soydaşımız həkimlərin sifarişinə görə, 4-cü (çaharşənbə) günü cərrahi əməl olunmalı idi.

 

Xatırladaq ki, böyrəyindən cərrahi əməl olunan Rövnəqinin səhhəti pisləşib. Həkimlər onun may ayında (xordadın əvvəli) yenidən cərrahi əməl olunmasını istəsələrdə ona icazə verilməyib və bu həftənin 4-cü (çaharşənbə) gününə qədər təxirə salınıb. Ancaq bu dəfədə növbəti olaraq onun müalicəsinə icazə verilməyib və sonraya saxlanılıb.

 

Xatırladaq ki, cənab Ronəqi 2009-cu il dekabr ayının 13-də (1388-ci il Azər ayının 22-i) yaxalanıb və SEPAHın (İran İnqilab Keşikçilər Korpusu) təknəfərlik kameralarına aparılıb. O saxlanıldığı müddətdə Televizyonda müsahibə verərək etiraf etsin deyə ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

Məhkəmənin Onun barəsində 15 illik həbs qərarı çıxarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar