SON XƏBƏRLƏR

«Metsamor» Atom Elektrik Stansiyasında (niruqahında) yoxlamalara başlanılır

2021.10.20, 07:36
«Metsamor» Atom Elektrik Stansiyasında (niruqahında) yoxlamalara başlanılır

Gunaz.tv

GünAz TV: Ermənistanın region (bölgə) üçün böyük təhlükə daşıyan «Metsamor» Atom Elektrik Stansiyasında (niruqahı) beynəlxalq ekspertlərin (karşünasların) iştirakı ilə stress-testlər keçiriləcək.

 

Yoxlamaların gələn ay keçirilməsi nəzərdə tutulub. Məlumatı Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Ermənistan Dövlət Komitəsi yayıb. Testlərin nəticələri ilin sonunadək Avropa İttifaqı ekspertlərinin müzakirəsinə veriləcək. Maqate ekspertlərinin də, yoxlamalarda iştirak edəcəyi bildirilir.

 

GünAz TV mətbuat mərkəzinin “Lider TV”-yə istinadən yaydığı məlumata görə, Beynəlxalq agentliyin (ajansların) ekspertlərinin bir müddütə öncə «Metsamor»-da apardığı yoxlamaların nəticələrinə gəldikdə isə, bu barədə məlumatların 3 aydan sonra açıqlanacağı bildirilir. .yekun hesabat və ümumi rəy avqust –sentyabar aylarında elan olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar