SON XƏBƏRLƏR

Azərbaycanın xarici işlər naziri Amerika rəsmiləri qarşısında çıxış edib

2021.10.20, 07:36
Azərbaycanın xarici işlər naziri Amerika rəsmiləri qarşısında çıxış edib

Gunaz.tv

GünAz TV: Azərbaycanın XİN (xarici işlər naziriliyinin) rəhbəri mötəbər "Atlantik Şura" araşdırma mərkəzində olub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a (Amerika Birləşmiş Ştatları) işgüzar səfəri çərçivəsində 2 iyun tarixində Vaşinqtonun ən nüfuzlu və mötəbər araşdırma mərkəzlərindən biri "Atlantik Şura"da nitqlə çıxış edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə ABŞ Adminstrasiyası, Dövlət Departamenti (xarici işlər nazirliyi), Müdafiə Nazirliyi və digər hökumət qurumlarının əməkdaşları, region (bölgə) üzrə mütəxəssislər və KİV (Kütləvi İnformasiya Vasitələri), eləcə də ABŞ-da akkreditə (mötəbər) edilmiş diplomatik nümayəndəliklərin üzvləri iştirak ediblər.

 

 E. Məmmədyarov cari ildə Azərbaycanın müstəqillik əldə etməsinin 20 illik il dönümü, 20 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, dünya miqyasında öz layiqli yerini tutması barədə geniş məlumat verib.

 

 O, dövlətimizin regionda aparıcı dövlət olması, regional (bölgəsəl) əməkdaşlığın inkişafı, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynamasını da iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycanın iqtisadiyyat sahəsindəki uğurları, son bir neçə ildə ümumdaxili məhsulun həcminin üç dəfə artması qeyd edilib.

 

 Daha sonra nazir E.Məmmədyarov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə iştirakçıları məlumatlandırıb.

 

Görüşün sonunda, E.Məmmədyarov iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar