SON XƏBƏRLƏR

Suriyada qətliam cüməsi: Hama şəhərində 63 nəfər öldürülüb

2021.10.20, 07:36
Suriyada qətliam cüməsi: Hama şəhərində 63 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: Hökumətə qarşı aksiyaların (təhrimlərin) davam etdiyi Suriyada qurbanların sayı artır.

Hama şəhərində cümə namazından sonra keçirilən aksiyaya (yürüşə) polis müdaxilə edib. Aksiyaya atəş açılması nəticəsində 63 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Dera və Humus şəhərində də polisin nümayişçilərə atəş açdığı və ölənlər olduğu bildirilir.

Müxaliflər son aksiyaları müqavimətin başladığı mart ayından bəri öldüyü təxmin edilən 30 uşağa həsr ediblər. Dövlət başçısı Bəşər Əsadın istefasını tələb edən müxaliflər bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə iqtidar devrilənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.

Suriya paytaxtı da daxil olmaqla bir çox şəhərlərdə internetə çıxışın kəsildiyi bildirilir.

ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Bəşər Əsad üçün zamanın daralmaqda olduğunu söyləyib. Klinton Suriyaya təzyiqlərlə bağlı lazımi beynəlxalq təzyiqin olmamasından şikayətlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar