SON XƏBƏRLƏR

Dacha bir dinc sakinimizi ermənilər tərəfindən qətlə yetirilib

2021.10.20, 07:36
Dacha bir dinc sakinimizi ermənilər tərəfindən qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi pozmağa davam edir. Bu dəfə atəşkəsin pozulması nəticəsində dinc sakin Piriyev Yelmar Qənimət oğlu həyatını itirib.

 

Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonunun (şəhərinin) Çəmənli kəndi istiqamətində açdıqları atəş nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini, kənd yaxınlığında qoyun otaran 1959-cu il təvəllüdlü Piriyev Yelmar Qənimət oğlu həlak olub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qarın nahiyəsindən yaralanan Piriyev növbəti güllədən qorunmaq üçün yaxınlıqdakı xəndəyə tərəf sürünüb və elə orada keçinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar