SON XƏBƏRLƏR

Yaralı prezident xalqa müraciət edib

2021.10.20, 07:36
Yaralı prezident xalqa müraciət edib

Gunaz.tv

GünAz TV: Yəmən prezidenti Əli Abdullah Saleh saraya edilən hücum zamanı yaralanandan sonra xalqa müraciət edib. O, bu hücumun təşkilində bütün məsuliyyəti müxalifət qəbiləsinin daşıdığını söyləyib.

 

Prezidentin dediyinə görə, bu hücumun arxasında Sadiq Əhmərin başçılıqı etdiyi nüfuzlu şimal qəbilə birliyi dayanır.

 

Gün.Az-ın Britaniyanın Bi-bi-si teleradiokorporasiyasına istinadən verdiyi məlumata görə, Prezident sarayına edilən hücumdan sonra müxalifət telekanalı prezidentin olüm xəbərini yayıb. Lakin bu xəbər tezliklə təkzib edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar