SON XƏBƏRLƏR

Xameneinin sözlərinə əməl olunmur

2021.10.20, 07:36
Xameneinin sözlərinə əməl olunmur

Gunaz.tv

GünAz TV: Qum şəhərinin parlamentdəki millət vəkili Əli Bənayi parlamentdə çıxış edərək bildirib ki, prezident Əhmədinejad Ali Dini Rəhbərin ötən il Quma səfəri ilə bağlı tapşırılan və illik budcədə nəzərdə tutulan büdcəni ləğv edib.

28 Mayda Bənayi parlamentdə bildirib ki, ötən il Ali Dini Rəhbərin Quma səfəri zamanı tapşırıqları ilə bağlı 1 400 milyard tümən vəsait xərclənməsi  nəzərdə tutulmuşdu. Lakin dövlət bunu büdcə layihəsində yerləşdirməyib. O, bildirib ki, bu ilin büdcəsində də 390 milyard tümən Xameneinin səfərləri üçün nəzərdə tutulmalı idi lakin hökumət bu məbləği də nəzərə almayıb.

İlk dəfədir ki, rəsmi şəxslər hökumətin Xameneinin səfərlərinin xərclərinə etinasızlığı barədə danışıb. Millət vəkilinin bu sözlərinə əlaqədar rəsmilər tərəfindən reaksiya (əksüləməl) verilməyib.

Xatırladaq ki, Xamenei ötən il Quma səfəri zamanı bir çox din xadimlərin fikirlərini öz düşüncələri ilə konsensusa (icma) gətirməyə cəhd etdi. Xamenei bu səfər zamanı bir çox layihələrin icra olunması ilə bağlı əhaliyə söz vermiş və bəzi problemlərin aradan qaldırılmasını istəmişdi. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar