SON XƏBƏRLƏR

Azərbaycanlı yazıçı-fəal Məhəmməd Rəhmanifər öz işindən uzaqlaşdırılıb

2021.10.20, 07:36
Azərbaycanlı yazıçı-fəal Məhəmməd Rəhmanifər öz işindən uzaqlaşdırılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı yazıçı-fəal Məhəmməd Rəhmanifər 10 il xidmətdən sonra çalışdığı Polis idarəsindən (niruye intizami) uzaqlaşdırılıb.

 

Rəhmanifər keçən il təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində Təbrizin xətib məhəlləsindəki evində yaxalanıb və 2 həftə sorğu-suala tutulmuşdur. O keçən aylarda Təbrizin Polis idarəsindən Miyana şəhərinin Türkmənçay Polis idarəsinə sürgün edilmişdir.

 

Son məqamda Tehranda keçirilən Hərbi Məhkəmə Rəhmanifərin işdən azad edilməsinə (ixracına) qərar verib.

 

Xatırladaq ki, cənab Rəhmanifər Güney Azərbaycanın Xoy şəhərindəndir. o Təbriz universitetinin ingilis dili məzunudur.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal “İran tüklərinin əski tarixinə yeni baxış” kitabının müəllifi və Təbriz universitetinin qapadılmış səhənd ədəbi dərnəyinin qurucusudur. Həmçinin cənab Rəhmanifər “Nəvide Azərbaycan” və “Şəmse Təbriz” dərgilərinin yazarlarından biri olub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar