SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əlirza Fərşi Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əlirza Fərşi Təbriz zindanına köçürülüb

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, tanınmış azərbaycanlı fəal cənab Əlirza Fərşi Təbriz zindanına köçürülüb.

 

Təbriz şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından bu şəhərin zindanına köçürülən Əlirza Fərşi 2011-ci il may ayının 13-də (1390-cı il ordibeheşt ayının 23-də) tutuqlanıb. təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın evinə hücum edərək onu yaxalamışdılar.

 

Qeyd edək ki, cənab Fərşi yaxalanarkən “Türk dilində mədrəsə” şüarını yüksək səslə səsləndirib və bu şəkildə müqavimət göstərdikdən sonra yaxalanıb.

 

Xatırladaq ki, Hazırda cənab Fərşinin həyat yoldaşı xanım Sima Didar da zindanda məhbus həyatı yaşamaqdadır. Onların hər ikisidə azərbaycanlı fəalların tanınmış simalarından sayılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar