SON XƏBƏRLƏR

Əhmədinejad geri çəkilir

2021.10.20, 07:36
Əhmədinejad geri çəkilir

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, iyunun 2-də Əhmədinejadın sərəncamı ilə Bədən Tərbiyəsi Təşkilatının sabiq rəisi Məhəmməd Əli Abadi neft naziri əvəzi təyin olunub.

 

Mayın 8-də Nazirlər Kabinetinin Əhmədinejadın başçılığı ilə keçirilən iclasında bir neçə nazirliyin birləşdirilməsi, nazirliklərin sayının 21-dən 17-yə qədər azaldılması barədə qərar qəbul edilib. Qərara görə, Sənaye Nazirliyi Ticarət, Neft Nazirliyi Energetika, Rifah və Sosial Təminat Nazirliyi Əmək, Məskən və Şəhərsalma Nazirliyi isə Nəqliyyat nazirlikləri ilə birləşdirilir.

 

 İran prezidenti mayın 14-də rifah naziri Sadıq Məhsuli, sənaye naziri Əli Əkbər Mehrabiyan və neft naziri Məsud Mirkazimini tutduqları vəzifədən azad edib. Mayın 15-də Əhmədinejad dövlət televiziyasına açıqlamasında Neft Nazirliyinə rəhbərliyi müvəqqəti olaraq öz üzərinə götürdüyünü bildirib.

 

 Prezidentin nazirliyə rəhbərliyi öz üzərinə götürməsi hakimiyyət daxilində ciddi etirazla qarşılanıb. İyunun 1-də İran parlamenti Əhmədinejadın Neft Nazirliyi ilə bağlı qərarlarına Məhkəmə Sistemində baxılmasına səs verib. Deputatlar (millət vəkilləri Əhmədinejadın qərarlarının qanuna və konstitusiyaya (Anayasaya) zidd olduğunu irəli sürüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar