SON XƏBƏRLƏR

İranda siyasi məhbuslar asılıb

2021.10.20, 07:36
İranda siyasi məhbuslar asılıb

Gunaz.tv

GünAzTv: Dekabrın 28-i sübh saatlarında siyasi məhbuslar Əli Saremi və Əli Əkbər Siyadət Tehranın Evin zindanında dar ağacından asılıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Əli Saremi 2007-ci ildə, siyasi əqidəsinə görə 1988-ci ildə edam edilib Tehranın Xavəran qəbiristanlığında kütləvi basdırılanların ildönümü münasibəti ilə keçirilən mərasimdəki çıxışından sonra tutulmuşdu.

Tehran məhkəməsi bir il əvvəl Əli Saremini İran Xalq Mücahidlər Təşkilatına üzvlükdə, bu təşkilatla ardıcıl əməkdaşlıqda, hakimiyyətə qarşı təbliğat aparmaqda günahlandıraraq edama məhkum etmişdi.

2008-ci ildə tutulan Əli Əkbər Siyadət isə İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda, casusluqda günahlandırılaraq edama məhkum olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar