SON XƏBƏRLƏR

“The Washington Times” qəzeti: Sərkisyanın imzası ilə İrana silah ötürülməsi Amerikaya vurulan zərbədir

2021.10.20, 07:36
“The Washington Times” qəzeti: Sərkisyanın imzası ilə İrana silah ötürülməsi Amerikaya vurulan zərbədir

Gunaz.tv

GünAzTv: “The Washington Times” qəzetinin dünənki sayında Ermənistan üzərindən İrana silah ötürülməsi, bu silahların daha sonra İraqda Amerika əsgərlərinin qətlə yetirilməsində istifadə olunması barədə məqalə dərc olunub.

Məqalədə deyilir ki, “WikiLeaks” saytı tərəfindən yayılan Amerika məxfi teleqramlarından üzə çıxan bu fakt Ermənistanın necə tərəfdaş olduğunu nümayiş etdirir.

“İrana silahların və texnologiyaların ötürülməsinin qarşısını almaq Birləşmiş Ştatların xarici siyasətinin mühüm hissəsi olaraq qalır. Qeyd etmək lazımdır ki, ABŞ (Amerika Birləşmiş Ştatları) öz müttəfiqlərinin əksəriyyətini İrana silah satmaqdan imtina etməyə inandıra bilib. İran isə ABŞ-ın birbaşa qadağalarından yayınmaq üçün onun müttəfiqləri arasında yer almayan ölkələrdəki silah alverçiləri ilə əlaqə yaradır. Nəticədə İranın hərbi gücü Çin, Rusiya, Şimali Koreya kimi ölkələrdən asılıdır. Təəssüf ki, indi bu siyahıda ABŞ-ın sıx münasibətlərdə olduğu Ermənistan da yer alır” - deyə məqalədə bildirilir.Qəzet yazır ki, Ermənistanın İrana silah ötürməsini eşitmək amerikalılar üçün kifayət qədər ağır məsələdir. Hansı ki, bu silahlar İraqda Amerika əsgərlərinin ölümünə, yaralanmasına yol açıb: “İndi biz bilirik ki, Ermənistan necə ölkədir. Onun prioritetləri nədir və kimin yanındadır. Belə dostlar olan yerdə ABŞ-a düşmən nəyə lazım?” Məqalədə xatırladılır ki, 2008-ci ilin dekabrında ovaxtkı dövlət katibinin müavini Con Neqraponte Ermənistan prezidenti Serj Sərkisyana yazdığı məktubunda İrana silah ötürülməsinə görə İrəvana sanksiyalar tətbiq edilməli olduğunu xatırladıb. Çünki Amerika qanunları belə tələb edir. “Qeyd etmək lazımdır ki, İrana göndərilən silahlar üçün qaimələrin altında bir başqasının yox, elə müdafiə naziri statusunda olarkən Serj Sərkisyanın imzası dayanır. Birləşmiş Ştatlar bu miqyasda zədəni diqqətə almaya bilməz. Ümid edək ki, Obama administrasiyası Neqrapontenin vaxtilə yazdıqlarını həyata keçirəcək”, - deyə qəzet yazır. Yeni musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar