SON XƏBƏRLƏR

Tel-Aviv Ankara qarşısında tab gətirə bilmədi

2021.10.20, 07:36
Tel-Aviv Ankara qarşısında tab gətirə bilmədi

Gunaz.tv

GünAzTv: Ankaranın İsrail üçün üzrxahlıqdan başqa variant tanımaması Təl-Əvivdə hakim koalisiyanı iki yerə parçalayıb.

İsrailin xarici işlər naziri Aviqdor Liberman İsrail əsgərlərinin Qəzzəyə yardım aparan «Mavi Mərmərə» gəmisinə qarşı təşkil etdikləri basqınla bağlı olaraq üzr istəməyəcəklərini bildirib.

Liberman doqquz türkün öldürüldüyü hücuma görə Türkiyə hökumətinin üzr gözləməsini «cəsarətdən də yüksək hərəkət» kimi qiymətləndiribvə əslində «terroru dəstəklədiyi üçün Türkiyənin İsraildən üzr istəməli olduğunu» deyib. İsrailin baş naziri Benyamin Netanyahu isə xarici işlər naziri və koalisiya ortağı Libermanla arasında məsafə saxlayaraq onun şərhlərinin şəxsi fikirləri olduğunu bəyan edib. Müxtəlif mənbələr Türkiyə və İsrail hökumət nümayəndələrinin iki ölkə arasında əlaqələrin yoluna qoyulması üçün İsrailin üzr istəməsini nəzərdə tutan həll variantı ətrafında müzakirələr apardığını bildirirlər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bir gün əvvəl verdiyi açıqlamada İsraillə əlaqələri normallaşdırmaq niyyətində olduqlarını söyləmişdi. İstanbulda jurnalistlərlə bir araya gələn Davudoğlu İsraildə meşə yanğınları ilə mübarizə işlərində iştirak etmək üçün Türkiyə təyyarələrini göndərməyə dair qərarının iki dəqiqə ərzində qəbul edildiyini qeyd edib və bildirib ki, İsraildə bənzər bir qərarın koalisiya çərçivəsində günlərlə davam edəcək mübahisələrə yol aça biləcəyini vurğulayıb. Liberman isə Davudoğlunun bu şərhlərinə cavab olaraq bunları deyib: «Davudoğluna bunu xatırlatmaq istəyərəm ki, 2007-ci il zəlzələsi zamanı Türkiyəyə orada həftələrlə qalıb yardım edən qruplar göndərmişdik. O qədər çalışdığımız halda tək bir kəlmə də eşitmədik… Üzr istəməsi lazım olan birisi varsa, o da terroru, İHH-ni, Həması və Hizbullahı dəstəklədiyi üçün Türkiyə hökumətidir. Üzr- filan olmayacaq! Tam əksinə, üzrü biz Ankaradan gözləyirik». Bundan əvvəl isə Davudoğlu bu şəkildə açıqlama vermişdi: «İsraillə barış istəyirik. Bütün ölkələrlə barışın tərəfdarıyıq. Vasitəçilik etdiyimiz bir ölkə ilə əlaqələrimizin pis olmasını niyə istəməliyik? Qarşıdan da eyni iradə gəlməyincə çətinlik çəkirik. Bizdə iradə var, amma qarşı tərəfdə iradə formalaşdırmaq çox çətindir». Açıqlamalarının ardından İsrail radiosuna müsahibə verən Liberman söylədiklərinin onun şəxsi fikirləri olduğunu və öz fikirlərini səsləndirmək haqqına sahib olduğunu bildirib. Bu sonuncu açıqlama müşahidəçilər tərəfindən Libermanın griyə addımı kimi qiymətləndirilib. Bununla belə, onun Türkiyə haqqında səsləndirdiyi fikirlərlə artıq prezidentlik postuna doğru daha bir addım da atdığını düşünənlər var. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar