SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbusların azadlığına dair Kampaniya Heyətinin 5-ci Bildirisi

2021.10.20, 07:36
Azərbaycanlı siyasi məhbusların azadlığına dair Kampaniya Heyətinin 5-ci Bildirisi

Gunaz.tv

GünAzTv: 2011-ci il yanvar ayının 1-də (Dey ayının 11-i) məhkəməsi gözlənilən 12 azərbaycanlı fəal barədə Azərbaycanlı siyasi məhbusların azadlığına dair Kampaniya Heyətinin 5-ci Bildirisi yayılıb.

 

 Bildirinin bir hissəsində vurqulanır ki, “Azərbaycanlıları azad edin” bəyanatından artıq 4 ay keçir. 1100 nəfərdən çox şəxsin (siyasi məhbusların ailəsi, ziyalılar, universitet müəllimləri, insan haqları fəalları və ... ) tərəfindən imzalanmış bəyanat 4 ay öncə azad beynəlxalq Kütləvi İnformasiya Vasitələrində geniş şəkildə əks olunmuşdu.

 

Yaxın günlərdə gözlənilən məhkəmə prosesi jurnalistlərin olmadığı bir halda baş tutacaq. Buda məhkəmənin hansı keyfiyyətdə keçəcəyinə bir işarədir.

 

Bütün bunlara görə, Azərbaycanlı siyasi məhbusların azadlığına dair  Kampaniya Heyəti kimi elan edirik:

 

 

- Biz müttəhimlərin dosyasına Təhlükəsizlik Qüvvələri tərəfindən olabiləcək hər hansı müdaxiləni və müttəhimlərin vəkillərinə qarşı təzyiqi şiddətlə qınayırıq.

 

- Biz məhkəmə iclasının açıq olmasını və məhkəmə boyu daxili və xarici jurnalistlərin olmasını tələb edirik.

 

- Biz bütün Azad və Beynəlxalq Kütləvi İnformasiya Vasitələrindən istəyirik ki, sözü gedən mühakimə xəbərlərini işıqlandırsınlar.

 

- İnsan Haqları qurumları, xüsusi ilə Beynəlxalq Əfv təşkilatından istəyirik ki, öz dəstəkləri sözü gedən müttəhimlərin haqlarının tapdalanmasına imkan verməsinlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar