SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbusların azadlığına dair Kampaniya Heyətinin 4-cü Bildirisi

2021.10.20, 07:36
Azərbaycanlı siyasi məhbusların azadlığına dair Kampaniya Heyətinin 4-cü Bildirisi

Gunaz.tv

GünAzTv: 2006-ci ilin may hadisələrinin (xordad hadisəri – Milli Qiyam) 4-cu ilnönümü ərəfəsində yaxalanan fəalların kütləvi mühakiməsi gözlənildiyi bir məqamda, onların kimliyi barədə açıqlama yayılıb.

 

Azərbaycanlı siyasi məhbusların azadlığına dair Kampaniya Heyətinin Açıqlamasında yaxalanmış azərbaycanlı fəalların adı və soyadı, yaxalandıqları tarix, yaxalandıqları yer, təknəfərlik kamerada saxlanıldıqları müddət, saxlanıldıqları ümumi müddət, girova qoyduqları mülki vəsiqənin miqdarı, müvəqqəti azadlığa buraxıldıqları tarix, onlara qarşı irəli sürülən ittihamlar, necə və nəyə görə  yaxalandıqları göstərilib.

 

2011-ci il yanvar ayının 1-də (Dey ayının 11-i) məhkəməyə çağırılan müttəhimlərin kimliyi:

 

Aydin Xacei

Behbud Quluzadə

Doktor Əlirza Əbdullahi

Mühəndis Şəhram Radmehr

Əkbər Azad

Kübra Fərəczadə

Mühəndiz Mahmud Fəzli

Heydər Kərimi

Nəim Əhmədi

Yunis Süleymani

Şükrullah Qəhrəmanifərd

Mühəndis Həsən Rəhimi Bəyat

 

Hazırda həbsdə saxlanılan və məhkəmələrinin zamanı barədə məlumat olmayan fəalların kimliyi:

 

Ayət Mehrəlibəyli (Yürüş)

Doktor Lətif Həsəni

 

Azadlığa buraxılan ancaq məhkəməyə çağırılmayanların kimliyi:

Zəhra Fərəczadə

 

Qeyd edək ki, soydaşlarımızın yaxın günlərdə mühakimə olunacağı Güney Azərbaycanlıların gündəm məsələsinə çevrilib. Bununla bağlı həm Güneyin daxilində və həmdə xaricdə yaşayan soydaşlarımız arasında geniş etiraz fəaliyyətləri gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar