SON XƏBƏRLƏR

Voleybol yarışı tamaşaçıları: “Azərbaycan diyarımız – Urmiyyə iftixarımız”

2021.10.20, 07:36
Voleybol yarışı tamaşaçıları: “Azərbaycan diyarımız – Urmiyyə iftixarımız”

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Urmu şəhərinin Voleybol taxımı (tim) ilə Tehranın "Peykan" taxımı arasında keçirilən voleybol yarışı milli hadisələrlə yadda qalıb.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Əlğədir stadyomunda (stadion) keçirilən müsabiqədə 5000 nəfər Urmulu soydaşımız "Traxtur" futbol taxımının yarışlarına oxşar səhnə yaradıblar.

 

Urmu taxımının xeyirinə yekunlaşan müsabiqə zamanı soydaşlarımız aşağıdakı şüarları səsləndiriblər:

 

-Yaşasın Azərbaycan

-Ya ya ya Şa şa şa – Azərbaycan çox yaşa

-Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq

-Azərbaycan timləri (taxımları)– fərqi yoxdur rəngləri

-Azərbaycan diyarımız – Urmiyyə iftixarımız

 

Həmçinin İranın voleybol paytaxtı olan Urmuda müsabiqə keçirilən dəqiqələrdə, Azərbaycanın milli kimliyi uğrunda fars dilində də şüarlar səsləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar