Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: Deyəsən, İran hakimiyyəti dost saydığı Ermənistanın istehsal etdiyi malları «bəyənmir».
«Novosti Armeniya»-nın məlumatına əsasən, Daşnaksütun Partiyasının Ermənistan parlamentindəki fraksiyanın və qanunverici orqandakı iqtisadi məsələlər üzrə daimi komissiyanın üzvü Ara Nranyan deyib ki, ölkəsində istehsal olunan məhsulların İslam Respublikasına ixarc edilməsi «iqtisadi deyil, siyasi məsələdir».
«Ermənistan hələ də İranla sərbəst ticarətə dair anlaşma əldə edə bilməyib. Halbuki bu ölkəmizdə istehsal olunan çeşidli məhsullar üçün İran perspektivli bazar ola bilər»-deyə, erməni deputat söyləyib.
Ermənistan Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində Ermənistanın İranla xarici ticarət dövriyyəsi 2009-cu ilin uyğun dövrü ilə müqayisə də 35,8 faiz artaraq, 200 milyon 300 min təşkil edib. Bununla yanaşı Ermənistandan İslam Respublikasına ixracatın həcmi yuxarıda göstərdiyimiz dövrdə 45,1 milyon dollar (Ermənistanın ümumi ixracatının 5,7 faizi) təşkil edərək, 2009-cu ilin ilk 10 ayı ilə müqayisədə 72,1 faiz artıb.
İrandan Ermənistana ixracat isə bu dövr ərzində 28 faiz artaraq, 155,2 milyon dollar təşkil edib. Bütövlükdə İslam Respublikası ərazisindən bu ölkəyə ixrac olunan malların həcmi 21,7 faiz artaraq, 159 milyon 800 min dollar, yaxud təşkil Ermənistan idxalatanın 5,3 faizini təşkil edib.
Göründüyü kimi daşnak deputatın çıxışı ilə rəsmi faktlar biri-birini təkzib edir. Bunun başqa bir səbəbi də Ermənistanda istehsal olunan malların İslam Respublikası üçün yarasızlığıdır. Çünki ermənilər İrana konyak sata bilmir, dəri, başaq bu kimi mallara İranın ehtiyacı yoxdur. Odur ki, İslam Respublikasının təcavüzkar adlandırıdığı Ermənistanla ticarət dövriyyəsində üstün ggörünməsində bu sayaq amilləri də nəzərə almaq lazımdır.
Ötən aylarda iki ölkə arasındakı ticarət dövriyyəsini fikrimizcə, xatırlamaq yerinə düşər.
Bir müddət öncə Ermənistanda iki həftəlik taxıl ehtiyatının qaldığı barədə xəbərlər yayılmışdı. Rusiyanın taxıl ixracını dayandırdığı haqda bəyanatı da Yerevanı yardımçı axtamağa vadar edib. «İRİBnyus»-un məlumatına görə, Ermənistan İran İslam Respublikasından taxıl almaq istiqamətində fəaliyyətini gücləndirib.
Xatırladaq ki, Rusiyada baş vermiş quraqlıq ucbatından dənli bitkilərin 20 faizi itgiyə gedib. Ermənistana isə taxılı bu ölkədən idxal olunur.
Ermənistan ildə 700 min ton taxıl istehlak edir. Bunun 200 min tonu ölkədə istehsal olunur. Son zamanlar bir sıra səbəblər üzündən Ermənistan bu məhsulun idxalını 16 faizdə artırıb.
Ermənistan istehlakçılar hüququnu müdafiə təşkilatının sədri Boqosyanın sözlərinə görə, İranın taxıl istehsalı sahəsində hiss ediləcək dərəcədə artım müşahidə edilir. Odur ki, cari il ölkədə dənli bitki məhsullarının 2,5 milyon ton artacağı gözlənilir : «Ona görə də Ermənistan taxılı bu İslam Respublikasından idxal etməlidir».
Boqosyan deyib ki, İran İslam Respublikası - Ermənistan arasında dostluq münasibəti mövcuddur, bu baxımdan tərəflər biri-biri ilə taxıl idxalı-ixracı sahəsində əməkdaşlıq edə bilər.
Bu ilin oktyabrında Ermənistanın baş naziri Tiqran Sarkisyanın Tehrana səfəri zamanı iki ölkə arasında azad ticarət zonasının açılışı ilə bağlı müqavilənin imzalanıb.
«ARKA»-nın məlumatına görə, cari ilin ilk 7 ayında İran-Ermənistan ticarət əlaqəsi 32.4 faiz artıb, bu isə ötən ilin uyğun dövri ilə müqayiəsədə 113 milyon dollar artım deməkdir.
Ermənistandan İslam Respublikasına ixracat 13,2 faiz (Ermənistanının ümumi ixracatının 2,6 faiz) təşkil edib. Bu isə yuxarıda qeyd etdiyimiz dövrlə müqayisədə 0,1 faiz artımdır.
İran istehsalı olan mallarının Ermənistana ixarcı isə 2009-cu ilin yanvar-iyul dövrü ilə müqayisədə 38,3 faiz artaraq, 99,8 milyon dollar təşkil edib. İslam Respublikası ərazisindən ümumi idxalat 30,2 faiz artaraq, 102, 7 milyon dollar, yaxud Ermənistan idxalatının 5 faizini təşkil edib.
İran-Erməistan əlaqələri bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı səhəsində inkişaf etməkdədir.Bu yaxınlarda iki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində deyib ki, iş adamları səviyyəsində əməkdaşlıqları genişlənməkdədir.
M.Möminin sözlərinə əsasən, İran və Ermənistan rəhbərləri arasında aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşma əsasında sahibkarlar kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər.
O, deyib ki, Ermənistanda İranın iş adamlarına min hektar əkinçilik üçün yaralı torpaq sahəsi verilib. Burada mədəni bitkilərin yetiqşdirilməsi ilə yanaşı, heyvandarlıqda inkişaf etdirilir. Katib bu sahənin 4 min ha-ya qədər artırılacağını da vurğulayıb.
M.Mömini qeyd edib ki, İran hökuməti daxili bazarda buynuzlu qaramala olan tələbi idxal hesabına ödəmək siyasətini yürüdür. Ötən ilin 11 ayı ərzində İran Ermənistandan 147 min baş malqara idxal edib, bu rəqəmin 500 minə çatırılacağı nəzərdə tutulub.
Oktyabrın 22-də Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan jurnalistlərə açıqlamsında demişdiki, bu il onlar İran İslam Respublikasına 55-57 min baş xırda buynuzlu ixrac ediblər.
«Bu il Ermənistandan artıq 55-57 min baş qoyun (onların 10-15 mini Gürcüstandan tranzit yolu göndərilib) ixrac edilib»-deyə, nazir vurğulamışdı.
ABŞ maliyyə nazirinin Azərbayacana səfərindən sonra Erməistan rəsmiləri də məsələyə münasibət bildirib. Ölkənin xarici işlər naziri Edvard Nalbandyan jurnnalistlərin «Ermənistan İrana qarşı sanksiyalar qoşulacaqmı» sualını cavablandırarakən, demişdi : «Probelimin həllinin güc yolu və ya sanksiyalarla həll ediləcəyinə inanmırıq».
O, qeyd edib ki, əlbəttə, BMT Təhlükəsizlik Şurasının qərarına bütün üzv dövlətlər hörmə etməlidir : «Biz ümid edir ki, beynəlxalq ictimaiyyətin və İranın birgə səyi nəticəsində, danışıqlar yolu ilə İslam Respublikasının atom-nüvə proqramına dair məsələdə anlaşma əldə ediləcək».
Erməni nazirin sözlərinə görə, ölkəsi İran arasında əməkdaşlıq genişlənir,iqtisadi, özəlliklə energetika və nəqliyyat sahələrində birgə proqramlar həyata keçirilir.
«Öləkələrimiz arasında fəal ünsiyyət mövcuddur. Rəsmilər qarşılıq səfərlər həyata keçiri. Biz Ermənistan baş nazirinin İrana səfərinə hazırlaşırıq. Bir neçə gün öncə İslam Respublikası parlamentinın sədri Əli Laricani ölkəmizə səfər etmişdi. Hazırda bizim İranla qarşılıqlı səmərəli münsibətimiz var və biz bunu davam etdirrmək niyyətindəyik»-deyə, erməni diplomat söyləyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın energetika və təbii ehtiyatlar naziri bildirmişdi ki, Ermənistan-İran İşçi Qrupu Təbrizdən Erasx şəhərinə çəkiləcək neft kəməri ilə bağlı texniki qiymətləndirmə işini başa çatdırıblar. Neft kəmərinin tikintisinin 2010-cu ildə başlaması nəzərdə tutulur. Kəmərlə ildə 1,5 milyon ton neft ötürülməlidir. Rusiyanın “Qazprom” şirkəti neft kəmərinin çəkilişində 10 faiz payla iştirak etmək niyyətindədir. Ancaq neft emalı zavodunun bütövlükdə, neft kəmərinin isə əsasən İranın öz pulu ilə tikilməsi planlaşdırılırdı.
Ermənistanda neft emalı zavodu tikmək istəyən İran özü neft emalı zavodlarının gücünün az olması səbəbindən benzin qıtlığından əziyyət çəkir.
İslam Respublikası ilə Ermənistan arasında iqtisadi ələqələrin genişlənməsi davam etməkdədir.
İş o yerə çatıb ki, Azərbaycan Respublikası rəsmilərin işğal altında olan torpaqları savaş yolu ilə azad edəcəkləri haqda bəyanatlarına münasibətdə də Tehran rəsmisinin mövqeyi Yerevanınkından fərqlənmir.
İslam Respublikasının Ermənistandakı keçmiş səfiri Məhəmməd Fərhad Koleyinin «irdiplomasi.ir»-ə müsahibəsində deyib ki, ötən illər müqayisədə Azərbaycanın hərbi hazırılığı artıb, ancaq bu «Ermənistan Silahlı Qüvvələrinin zəiflədiyi anlamına gəlməməldir». Onun sözlərinə görə, bölgədə savaş başlayacağı halda Rusiya «Ermənistanı tək qoymayacaq».
«Əvvəlki illərə nisəbətən Azərbaycan hazırda tez-tez hərb bəyanatı verir. Savaş başlayacağı təqdirdə enerjidaşıyıcılarının təhlükəsizliyi məsələsi ortaya çıxacaq. Bu isə Azərbaycanın bölgdəki enerji layihələrindəki rolunu kəskin şəkildə azaldacaq»-deyə, keçmiş səfir söyləyib.
«Panorama.am» ruiyada çıxan qəzetlərdən birinə istinad edərək, yazıb : «ABŞ (Amerika Birləşmiş Ştatları) Azərbaycandan tələb edir ki, İrana ehtimal olunan zərbəni endirmək üçün öz ərazisində informasiya toplamağa imkan yaratsın». Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko