SON XƏBƏRLƏR

Bahalığa etiraz edən Sulduzlu mollanın cəsədi tapılıb

2021.10.20, 07:36
Bahalığa etiraz edən Sulduzlu mollanın cəsədi tapılıb

Gunaz.tv

GünAzTv: Sulduzda subsidlərin qaldırılmasına etiraz edən Höccət Məhdi adlı molla ETTELAAT (iran keşfiyat nazirliyi) tərəfindən nəzarətə alınıb. O  sərbəst buraxıldıqdan sonra evində ölü olaraq tapılıb.

 

GünAzTv mətbuat mərkəzinin GAİP saytına istinadən yaydığı məlumata görə, Dekabr ayının 24-ü (Dey ayının 3-ü) Sulduzda Hüccət Məhdi adlı molla iran rejiminin Subsidlərin qaldırmasına dair qərarına etiraz etdiyi üçün, Sulduzun ETTELAAT idaresinə (İran Keşfiyat Nazirliyi) çağırılıb. Bir neçə saat nəzarətdə saxlandıqdan sonra sərbəst buraxılan Hüccət Məhdi evinə gəlib və gecəni evində keçirdikdən sonra sabahı günü ölü olduğu ortaya çıxıb.

 

Bu xəbəri alan sulduz əhalisi ölən Höccət Məhdinin evinin önündə toplaşıb və ETTELAATdan bu ölümün səbəbinin açıqlanmasını istəyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar