SON XƏBƏRLƏR

Universitet müəlliminin türklərə qarşı təhqiri, faciə ilə nəticələnib

2021.10.20, 07:36
Universitet müəlliminin türklərə qarşı təhqiri, faciə ilə nəticələnib

Gunaz.tv

GünAzTv: Şəhid Beheşti Tibb Universiteti müəlliminin türk millətinə qarşı təhqir yağdırması qarşıdurma ilə nəticələnib.

 

Beləki, Fizika laboratoriyasında (Azmayeşqah) Universitet müəllimi kiçik bir səhvə görə, Marağalı türk öyrənciyə irad bildirirkən onun millətinə qarşı olduqca təhqiramiz ifadələr işlədib. Buda türk öyrəncinin əsəbləşməsinə səbəb olub.O laboratoriyanı tərk edib, sonra isə bıçaqla dönüb. Sonda müəllimin təhqiramiz ifadələri onun bıçaqlanması ilə sonuçlanıb.

 

GünAzTv mətbuat mərkəzinin "AUT öyrənci"-yə istinadən yaydığı məlumata görə, Öyrənci bu əməlindən sonra universitetin təhlükəsizlik bölməsinə (Hərasət) müraciət edib. O hazırda polis idarəsində saxlanılır və sorğu-suala tutulur.

 

Yaralanmış müəllimdən isə hələlik heç bir xəbər yoxdur.

 

Xatırladaq ki. İranın ümumi yerlərində o cümlədən məktəblər, universitetler, əsgərlərin saxlanma məntəqələri və ... kimi məkanlarda bu tip təhqirlər uzun müddətdir davam edir. Dövlətin isə onlara arxa olması və təhqir edənləri cəzalandırmaması bu əməlin davam etməsinə yardım edir. Görünür ki, bu vəziyyəti dərk edən soydaşlarımız artıq özləri onların cavabını verməyə məcbur qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar