SON XƏBƏRLƏR

Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilib

2021.10.20, 07:36
Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilib

Gunaz.tv

GünAzTv: “Ayrım” qızılı isə ölkəmizə 4,2 milyardlıq gəlir gətirəcək.

Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilib. Bu barədə jurnalistlərə məlumat verən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, geoloqlarımız tərəfindən aparılan işlərin nəticəsində zəngin qızıl yatağı aşkar edilib. Nazir son məlumatlara əsasən bildirib ki, Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların olduğu yataqlar var: “Bu sərvətlər tapılıb və gələcəkdə onlar Azərbaycana çoxmilyonlu gəlirlər gətirəcək”.

Nazir son vaxtlar qiymətli metal yataqlarının ölkənin müxtəlif rayonlarında aşkar edildiyini bildirib. Belə ki, Azərbaycanda hələ SSRİ dövründən tapılmış qızıl və qiymətli metallar yataqları 1997-ci ildə imzalanmış müqaviləyə əsasən “RV Investment Group” şirkətinin iştirakı ilə yaradılmış konsorsium tərəfindən istismar edilir - bu işlər çərçivəsində indi Gədəbəydə qızıl hasil olunur. İlk qızıl və gümüş 2009-cu ilin mayında “Gədəbəy” yatağından hasil edilib. Ümumilikdə, 2015-ci ilədək “Gədəbəy” yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır (anspress.com).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar