Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin təsdiq edir ki, Azərbaycan hazırda Ermənistan üzərində bir neçə qat hərbi üstünlüyə malikdir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair nəticəsiz sülh danışıqlarının aparıldığı daha bir il sona çatır. İndi istər yerli, istərsə də xarici ekspertlər gələn il münaqişə ətrafında vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmağa çalışırlar.
Gözlənilir ki, vasitəçilik missiyasını üzərinə götürən və Qərbi bu prosesdən de-fakto kənarlaşdıran Rusiya gələn il də prezidentlər arasında danışıqların davam etməsi üçün təşəbbüs göstərəcək, çalışacaq ki, münaqişənin həlli baş verməsə də proses onun nəzarəti altında olsun. Lakin Azərbaycan Ermənistanın danışıqları uzatmağa hesablanan və Rusiyadan dəstək görən taktikasından bezib. Prezident İlham Əliyev bir gün əvvəl öz çıxışında növbəti dəfə bəyan edib ki, Azərbaycan istənilən vaxt işğal edilmiş ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlamağa hazırdır. Dövlət başçısı rəsmi Bakının hələ danışıqlardan imtina etmədiyini deyib və onun çıxışından belə məlum olub ki, Azərbaycan rəhbərliyi daha bir müddət sülh prosesinə sadiq qalacaq. Ancaq bu müddət limitsiz olmayacaq və nəticəsiz danışıqlar nə qədər çox uzansa Azərbaycanın hərbi əməliyyatlara başlamasını o qədər yaxınladırmış olacaq.Xarici ekspertlər də Qarabağda yeni müharibənin başlanması riskinin heç vaxt olmayan qədər yüksək olduğunu təsdiq edirlər. Tanınmış rusiyalı hərbi ekspert, Hərbi-Siyasi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixin da bu qənaətdədir. Onun “Voenno-promışlennıy kuryer” həftəliyində dərc edilmiş təhlilində etiraf olunur ki, Azərbaycan hazırda Ermənistan üzərində bir neçə qat hərbi üstünlüyə malikdir. Doğrudur, Xramçixin tərəflərin hərbi potensialını müqayisə edərkən bir çox hallarda köhnəlmiş informasiyalara istinad edib və belə qənaətə gəlib ki, Azərbaycan hərbi üstünlüyə malik olsa da Ermənistan ordusunu işğal edilmiş ərazilərdən vurub çıxarmağa hələ hazır deyil. Bununla belə ekspert qeyd edir ki, müharibənin başlanması ehtimalı kifayət qədər yüksəkdir. Xramçixinə görə hazırda təkcə prezidentlər deyil, hər iki ölkədə KİV-lər də sərt müharibə ritorikasından çıxış edirlər. Azərbaycan və erməni diasporlarının artıq səfərbərliyə başladığı haqda xəbərlər var. Təmas xəttində isə tez-tez atışmalar baş verir.Ekspert münaqişə tərəfləri arasında hərbi balansı təhlil edərək bildirir ki, SSRİ-nin dağılmasından sonra Azərbaycana 436 tank, 947 zirehli döyüş maşını, 388 artilleriya sistemi, 63 təyyarə və 8 vertolyot qalmışdı. Ermənistanda isə 1993-cü ilin əvvəllərində cəmi 77 tank, 189 zirehli döyüş maşını, 160 artilleriya sistemi, 3 təyyarə və 13 vertolyot mövcud idi. Lakin Xramçixin qeyd edir ki, Ermənistanın hərbi potensialını təhlil edərkən “boz zona” sayılan Qarabağı da nəzərə almaq lazımdır. Çünki Ermənistan əldə etdiyi silah və texnikanın əsas hissəsini bu zonada yerləşdirir. Ona görə də həmin silahlar rəsmi qeydiyyatdan yayınır. Xramçixinə görə 90-cı illərin əvvəllərində Qarabağda müharibə gedəndə Azərbaycan silah və hərbi texnika sarıdan Ermənistan ordusundan, habelə Dağlıq Qarabağdakı separatçı erməni qüvvələrindən üstün idi. Buna baxmayaraq, müxtəlif səbəblərdən hərbi əməliyyatlar ərazilərin itirilməsi ilə nəticələndi. Ekspert qeyd edir ki, atəşkəs əldə olunandan sonra hər iki tərəfin ciddi itkilər verdiyi məlum oldu. Belə ki, Ermənistan 52 T-72 tank, 54 PDM, 40 zirehli transportyor itirmişdi. Xramçixin bu zaman qeyd edir ki, separatçı erməni qüvvələrinin itkiləri barədə məlumat yoxdur. Onun yazdığına görə Azərbaycanın itkiləri 186 tank, 111 PDM, 8 zirehli transportyor, 47 artilleriya sistemi , 14 təyyarə, 5-6 vertolyot təşkil edirdi. Bundan əlavə atəşkəsdən sonra Azərbaycan döyüşlərdə xəsarət almış 43 tankı, 83 PDM-i, 31 zirehli transportyoru və bir çox digər texnikanı istismardan çıxardı.Xramçixin qeyd edir ki, atəşkəsin əldə edilməsindən sonra hər iki tərəf dağınıq partizan dəstələrini xatırladan silahlı qüvvələrdən nizami ordu formalaşdırmağa başladı. Ermənistan üçün silah idxalı baxımından əsas mənbə Rusiya idi. Şərqi Avropa ölkələrindən də bəzi silahlar alınırdı və 2000-ci ilin əvvəllərində İrəvan Rusiyanın “Smerç” qurğularının Çin tərəfindən “surəti çıxarılan” WM-80 reaktiv-artilleriya qurğularının yeganə idxalçısıdır. (4 qurğu) Lakin rusiyalı ekspert qeyd edir ki, Azərbaycan neft gəlirləri sayəsində silahlanmanı daha sürətlə aparır. Bakı bir çox ölkələrdən, o cümlədən Rusiyadan böyük miqdarda silahlar alır. Məsələn, 2006-cı ildə Rusiyadan 62 ədəd işlənmiş T-72 tankı alınıb. Xramçixinin hesablamalarına görə hazırda Azərbaycan ordusunun 381 tankı var, tankların sayına görə Azərbaycan Böyük Britaniyanı, Hollandiyanı və birlikdə götürdükdə Belçika ilə Norveçi qabaqlayır. Ekspert Azərbaycan ordusunun 75 döyüş təyyarəsinə, 15 zərbə vertolyotuna və 200-ə yaxın zirehli döyüş texnikasına malik olduğunu da yazır. Lakin elə buradaca haşiyə çıxaraq qeyd etmək lazımdır ki, rusiyalı ekspertin bu məlumatları xeyli köhnədir. Hazırda Azərbaycan hərbi təyyarələrin, zirehli döyüş maşınlarının və vertolyotların sayına görə daha öndə gedir. Məsələn, bu günlərdə açıqlanan məlumata görə Müdafiə Nazirliyi təkcə 2009-cu ildə Belarusdan 5 ədəd lSu-25» (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd lMiG-29 UB» döyüş təyyarəsi, həmçinin 11 ədəd lMi-24» döyüş vertolyotu alıb.Xramçixin yazır ki, Ermənistan ordusunda tankların sayı hazırda 110-dur. Zirehli döyüş vasitələrinin sayı isə 140-dır. Məlum olur ki, erməni ordusunda cəmi 16 təyyarə və 8 vertolyot var. Lakin ekspert yenə də “boz zona”nə nəzərə almağın vacibliyini qeyd edir. Onun yazdığına görə Azərbaycan mənbələri hazırda Qarabağdakı erməni qüvvələrinin 316 tanka, 324 zirehli döyüş maşınına, 322 artilleriya sisteminə malik olduğunu bildirir. Çünki Ermənistan müntəzəm olaraq aldığı texnikanı Xankəndinə göndərir. Ekspert hesab edir ki, müharibə başlasa, Rusiya Ermənistandakı qüvvələrini tətbiq etməyə tələsməyəcək. Çünki bu Türkiyənin işə qarışması ilə nəticələnə bilərdi. Xramçixin hesab edir ki, müharibə başlasa Qərb Rusiya ilə birlikdə tərəflərdən hərbi əməliyyatları dərhal dayandırmağı israrla tələb edəcək.Rusiyalı ekspert yuxarıda sadalanan rəqəmlərə istinad edərək bildirir ki, Azərbaycan hazırda Ermənistan üzərində tankların sayına görə dördqat, artilleriya və zərbə vertolyotlarının sayına görə ikiqat, döyüş təyyarələrinin sayına görə beşqat üstünlüyə malikdir. Lakin o qeyd edir ki, Dağlıq Qarabağdakı erməni qüvvələrinin malik olduğu silah və texnikanı da hesaba almaqla Azərbaycanın üstünlüyü o qədər də böyük sayılmaz. Onun fikrincə, Azərbaycan quruda Ermənistan ordusu üzərində minimal üstünlüyə malikdir, lakin havada böyük üstünlük əldə edib. Təkcə MiQ-25 təyyarələrinin sayına görə Azərbaycan Ermənistandan 32 dəfə üstündür. Belə ki, Ermənistanda cəmi 1 MiQ-25 var. Lakin Xramçixin qeyd edir ki, MiQ-25 olduqca spesifik təyyarədir, sovet dövründə onlar əsasən ABŞ-ın strateji bombardmançılarına və kəşfiyyat təyyarələrinə qarşı mübarizə üçün tətbiq edilirdi. Yüksək manevrli hava döyüşlərində isə bu maşınlar əlverişli deyil. Üstəlik MiQ-25 çox köhnəlib. Ancaq Su-25 və Su-27 təyyarələri döyüş meydanında özünü əla göstərir. Ermənistanda 15 ədəd “Su-25" var, lakin ”MiQ" qırıcılarının dəstəyi olmadığına görə Azərbaycan aviasiyası onu asanlıqla neytrallaşdıra bilər. Bununla belə ekspert hesab edir ki, Dağlıq Qarabağdakı erməni qüvvələrinin əlində Rusiya istehsalı olan və dağlıq şəraitdə effektiv şəkildə tətbiq edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri mövcuddur. Ona görə də Azərbaycanın havada aşkar üstünlüyü cəbhədə dönüş yaratmaq üçün kifayət etməyə bilər. Bununla belə ekspert razılaşır ki, Azərbaycan öz güclü iqtisadi potensialı sayəsində hərbi balansı sürətlə dəyişməkdədir və bir il sonra vəziyyət indikindən köklü şəkildə fərqlənə bilər. “Dağlıq Qarabağ kimi münaqişələr heç vaxt dinc yolla həll edilməyib. Hələ eşidən olmayıb ki, separatçı region sülh danışıqları ilə könüllü şəkildə ayrıldığı ölkənin tərkibinə qayıtsın. Ona görə də Qarabağ münaqişəsinin sülh yolu ilə həlli illüziyadır. Ermənilər və azərbaycanlılar da bunu gözəl başa düşür. Onlar bilirlər ki, müharibə hökmən olacaq və hesab edirlər ki, nə qədər tez olsa o qədər yaxşıdır. Çünki gözləmək daha əzablıdır” deyə Xramçixin təhlilini yekunlaşdırır.Yeni musavat
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko