SON XƏBƏRLƏR

Human Rights Watch İranı kürd əsilli fəalı edam etməməyə çağırıb

2021.10.20, 07:36
Human Rights Watch İranı kürd əsilli fəalı edam etməməyə çağırıb

Gunaz.tv

GünAzTv: Təşkilatın bildirdiyinə görə, o,bu gün Kürdüstan vilayətində Sənandac həbsxanasında edam olunacaq.

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, İnsan haqları qrupları İranı separatçı qrupla əlaqəsi olmaqda təqsirli bilinən kürd əsilli hüquq tələbəsinin edam olunması planını geri götürməyə çağırır.

Human Rights Watch-un bildirdiyinə görə, Həbiballah Lətifinin bu gün Kürdüstan vilayətində Sənandac həbsxanasında edam olunması planlaşdırılıb. Təşkilatın rəsmisi Co Stork deyib ki, Lətifinin həbsinin və onun təqsirli bilməsinə dair şərtlər tələbənin haqqlarının pozulduğunu göstərir. Stark deyib ki, İran agentləri Lətifiyə işgəncə verib və yetərli dəlil olmadan məhkəmə onun haqqında ölüm hökmü çıxarıb. Amnesty International da İranı Lətifinin edamını dayandırmağa çağırmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar