SON XƏBƏRLƏR

Çin məhkəməsindən uyğur jurnalistinə ağır cəza

2021.10.20, 07:36
Çin məhkəməsindən uyğur jurnalistinə ağır cəza

Gunaz.tv

GünAzTv: Uyğur jurnalisti ömürlük həbs cəzasına məhkum edilib. Mmetcan Abdullah uyğur üsyanını qızışdırmaqda suçlu bilinib.

 

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Çində yerləşən Sincan-Uyğur bölgəsində (Doğu Türkistan) keçən il 200 nəfərin ölümü ilə nəticələnən uyğur üsyanı zamanı məlumat sızdırdığı iddia edilən bir jurnalist ömür boyu həbsə məhkum edilib.

 

Yerli radioda çalışan Memetcan Abdullanın məhkəməsi Sincan-Uyğur bölgəsinin paytaxtı Urumçidə keçirilib.

 

Qapalı məhkəmədə mühakimə olunan Abdullah 2009-cu ilin iyul ayında xan çinliləri ilə uyğurlar arasındakı toqquşmaları qızışdırmaqda ittiham edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar