SON XƏBƏRLƏR

Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılacaq

2021.10.20, 07:36
Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılacaq

Gunaz.tv

GünAzTv: Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunmuşdur. Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və onların adlarının daim yad edilməsinin gənc nəslin mədəni-tarixi irsə bağlılıq ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram: 1.  Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait  ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 dekabr 2010-cu il.

AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar