SON XƏBƏRLƏR

START müqaviləsinə Rusiyadan dəstək

2021.10.20, 07:36
START müqaviləsinə Rusiyadan dəstək

Gunaz.tv

GünAzTv: Rusiya parlamentinin aşağı palatası Duma ABŞ (Amerika Birləşmiş Ştatları) ilə nüvə silahlarının azaldılmasına dair START müqaviləsinə ilkin razılıq verən səsvermə keçiriblər.

 

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Hər iki ölkənin nüvə arsenalının azaldılmasına xidmət edən və onların təftişinə imkan verən müqavilə ABŞ Senatı tərəfindən çərşənbə günü ratifikasiya olunub.

 

Dumanın bu gün sənədə tam dəstək verəcəyi gözlənilirdi. Ancaq rəsmilər sənədin daha iki oxunuşda səsə qoyulmasını qərara alıblar.

 

Pakt həmçinin parlamentin yuxarı palatası - Federasiya Şurası tərəfindən ratifikasiya olunmalıdır.

 

Millət vəkilləri 350-58 səslə müqavilənin lehinə səsinə veriblər. Ancaq Senatda ratifikasiyadan əvvəl edilmiş iki düzəliş deputatlarda narahatlıq yaradıb.

Buna baxmayaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın nüvə arsenalını müasirləşdirməkdən bəhs edən dəyişiklər müqaviləni bütövlükdə dəyişmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar