SON XƏBƏRLƏR

Daha 3 nəfər azərbaycanlı fəal mühakimə olunacaq

2021.10.20, 07:36
Daha 3 nəfər azərbaycanlı fəal mühakimə olunacaq

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal və “Traxtur” futbol taxımı (Tim) tərəfdarları Məhəmməd Əlimuradi və Abdullah Səduqi, həmçinin Çapxana (Mətbə) müdiri cənab Əli Afiyət məhkəmə qarşısına çıxacaqlar.

 

2011-cu il Yanvar ayının 2-i (Dey ayının 12-i) Tərizin İnqilab Məhkəməsində adını çəkdiyimiz soydaşlarımızın ittihamlarına baxılacaq.

 

Əlimuradi və Səduqi “Traxtur” futbol taxımını təbliğ edən icazəli afişaları  (puster) türk dilində çap etdiklərinə görə keçən il İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanmışdılar. Əlimuradi 13 gün və Səduqi 52 gün həbsdə qaldıqdan sonra 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar. Həmçinin Əli Afiyət 10 gün həbsdə qaldıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.

 

Onların ittihamı sistemin əleyhinə təbliğ və ölkənin təhlükəsizliyini pozmağa cəhd göstərməkdən ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar