SON XƏBƏRLƏR

Əhmədinejad türkcə danışdı

2021.10.20, 07:36
Əhmədinejad türkcə danışdı

Gunaz.tv

GünAzTv: Dekabrın 23-də Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılan İran prezidenti Mahmud Əhmədinejad iki gözlənməz halla üzləşib.

sammit başa çatandan sonra İranın dövlət başçısı mətbuat konfransı keçirib. Əhmədinejad mətbuat konfransının keçirildiyi zala daxil olanda İranın dini lideri ayətullah Əli Xamneyinin divardan asılan portreti yerə düşüb. Bu barədə “Media forum” saytı Türkiyənin “Haberturk.com” saytına istinadən xəbər yayıb.

Mətbuat konfransında isə tərcüməçi problemi yaşanıb. Konfransda türkcə danışılanların dediklərini fars dilinə çevirən tərcüməçinin qulaqlığına davamlı olaraq ingilis dilində sözlər gəlib. Bundan narazı qalan tərcüməçi zalı tərk edib. İran prezidenti özünü itirməyib və türkcə danışmağa başlayıb.

“Tərcüməçi çox yorulub” deyə türkcə sözə başlayan Əhmədinejadın türkcə çox yaxşı danışdığı məlum olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar