SON XƏBƏRLƏR

İşğalçı ölkə əhalidən boşalır

2021.10.20, 07:36
İşğalçı ölkə əhalidən boşalır

Gunaz.tv

GünAzTv: Ermənistan hakimiyyəti 2010-cu ildə 60 mindən çox insanın ölkəni tərk etməsi barədə düşünməlidir, deyə parlamentin müxalifətdən olan deputatı Armen Martirosyan bildirib.

Bu, Milli Statistika Xidmətinin rəsmi məlumatıdır, miqrasiya prosesinin kiçik və orta biznesə toxunduğunu nəzərə alsaq, bu, narahatlıq yaratmaya bilməz. Bu sahibkarlar qonşu Gürcüstana köçürlər. Bu o deməkdir ki, biz dövlətin strukturunu inkişaf etdirən insanlardan məhrum oluruq, deyə o bildirib.

Martirosyanın sözlərinə görə, vətəndaşların emiqrasiyasının da, kiçik biznesin ölkəni tərk etməsinin də səbəbi eynidir, «cəmiyyət daha yaxşı gələcəyə ümid bəsləmir», deyə parlamentari fikrini tamamlayıb.

2010-cu ildə Ermənistana gəliş-gedişlərin ümumi həcmi 21,1% artıb. Son 10 ayda Ermənistanın hüdudlarını birdəfəlik tərk edən sakinlərin sayı 61 min nəfərdən çox olub.  Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar