SON XƏBƏRLƏR

NATO əsgərləri "Talibana silah daşıyan" İran agentini həbs edib

2021.10.20, 07:36
NATO əsgərləri "Talibana silah daşıyan" İran agentini həbs edib

Gunaz.tv

GünAzTv: Əfqanıstana qanunsuz silah gətirməkdə ittiham olunan və İran agenti olduğu bildirilən şəxs  Əfqanıstanın cənubunda NATO əsgərləri tərəfindən həbs edilib.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, O Talibana qanunsuz silah daşımaqda ittiham olunur. Həmin adam ötən şənbə günü  Kandahar rayonunda yaxalanıb. 

NATO-ya əsasən o "Talibanın əsas silah təchizatçısı" idi.

NATO öncə onun İran İnqilab Qvardiyasının elitar əl-Qüds dəstəsisinin üzvü olduğunu bildirsə də, sonradan təkzib verərək, həmin şəxsin qrupun üzvü olmadığını söyləyib.

İlk  dəfə deyil ki, İran əfqan üsyançılarına dəstəkdə ittiham olunur. 

Həmin şəxs  "İranla Qəndahar arasında silahların daşınmasına yardım etməsinə görə"həbs olunub, deyilir NATO-nun bəyanatında.

İran tərəfdən bu həbsə dair hər hansı şərh verilməyib.

Qəndahardakı yüksək rütbəli əfqan rəsmisi deyib ki, koalisiya qüvvələri həmin şəxsi bir müddət idi ki, izləyirdilər.

O, BBC-ə deyib: "İranın kəşfiyyat rəsmiləri Talibana və cənubdakı narkotika alverçilərinə kömək edir. Biz bu hallarla hər gün qarşılaşırıq. Bu, tanınmış faktdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar