SON XƏBƏRLƏR

Güney aşıqları Bakıda konsert verəcək

2021.10.20, 07:36
Güney aşıqları Bakıda konsert verəcək

Gunaz.tv

GünAzTv: Yeni ilin ilk ayında Təbriz aşıqları Bakıda möhtəşəm konsert verəcək. Bu barədə məlumatı Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub verib.

 

Onun sözlərinə görə, konsertin vaxtı tam dəqiq olmasa da, bu yanvar ayının son həftəsinə təsadüf edəcək. Zəlimxan Yaqub hazırda konsertə ciddi hazırlıqlar getdiyini deyib.

 

O bildirib ki, Heydər Əliyev adına Sarayda keçiriləcək konsert proqramında Təbrizdən dəvət olunmuş 10-a yaxın aşıq iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar