Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən həyata keçirilən "kürd açılımı" siyasətindən doğan mənfi nəticələrin miqyası getdikcə genişlənir.
Söhbət kürdlərin Türkiyə hakimiyyəti qarşısında yeni tələblər qoymasından və bunların yerinə yetirilməsində israrlı olmalarından gedir. Düzdür, Türkiyədə kürdlər üçün demokratik muxtariyyat statusunun tələb edilməsi Ankarada böyük narazılıqla qarşılanıb. Türkiyə parlamentinin sədri Məmməd Əli Şahinlə Kürd yönümlü Barış və Demokratiya Partiyasının sədri Səlahəddin Dəmirtaş qarşılıqlı olaraq sərt bəyanatlarla çıxış edib. Dekabrın 21-də isə onlar arasında 35 dəqiqə davam edən qapalı görüş keçirilib. Görüşdən sonra mətbuat nümayəndələrinə açıqlama verən Səlahəddin Dəmirtaş mətbuat üzərindən edilən şərhlərin səhv başa düşülmələrə yol aça biləcəyi üçün belə bir görüş tələb etdiklərini ifadə edib: "Cənab spiker parlamentin başçısı və bütün iradəni təmsil edən bir şəxsiyyət olaraq həll yerinin parlament olduğunu təsdiq etdi. Müzakirələr şiddət, irqçilik kimi məsələləri özündə ehtiva etmədikcə azad buraxılmalıdır". Xatırladaq ki, bu günlərdə kürd məsələsinin həlli üçün təkliflər hazırlamaq məqsədilə Diyarbəkirdə toplantı keçirilib. Lakin keçirilən toplantının nəticələri Türkiyədə bu problemlə bağlı gərginliyi yenidən artırıb. Belə ki, Demokratik Cəmiyyət Konqresi adlı qurumun təşkil etdiyi tədbirin yekun sənədində Kürdüstan demokratik muxtariyyətinin yaradılması, qurumun öz bayrağı və digər atributları, həmçinin müdafiə qüvvələri və müstəqil iqtisadiyyata malik olmasının zəruriliyi vurğulanıb. Cənub və şərq bölgələrində məktəb və ali təhsil müəssisələrində tədris prosesinin kürd dilində aparılması tələb edilib. Bütün bunlar Ankaranın kəskin reaksiyasına səbəb olub. Türkiyə prezidenti Abdulla Gül, hökümət və silahlı qüvvələr komandanlığı tərəfindən yayılan bəyanatlarda, muxtariyyət və kürd dililə bağlı təkliflər pislənib. Parlament sədri Məmməd Əli Şahin bu cür mövqedən çıxış edən siyasi partiyalara bağlanma təhlükəsilə qarşı-qarşıya qala biləcəklərinə dair xəbərdarlıq edib. Əsasən kürd mənşəli əhali tərəfindən dəstəklənən Barış və Demokratiya Partiyasının sədri Səlahəddin Dəmirtaş, öz növbəsində, irəli sürülən təkliflərin Türkiyənin bölünməsi mənasına gəlmədiyini bildirib. Məmməd Əli Şahinlə görüşdən sonra Səlahəddin Dəmirtaş kürdlərlə bağlı bir problem olduğunu və bunu dilə gətirmək istədiklərini söyləyib. O, Diyarbəkirdə hazırlanan mətnin hər yönü ilə müzakirə edilməli olduğunu bildirərək qeyd edib: "Mətnin düzəldilməsinə ehtiyac olan bəzi nöqtələri var. Yerində rəhbərlik, yəni muxtariyyət mövzusunda israrlıyıq. Bu bizim vədimizdir. Siyasi həll axtararkən bunu başqa yerlərə çəkmənin lüzumu yoxdur. Kürd xalqı var. Kürd dilinin işlənməsi bu xalqın ən təbii haqqıdır. Bütün yazılanları, deyilənləri diqqətlə izləyirik. Bu işin birbaşa həmsöhbətləri xalqdır". Təkrar parlamentdə kürdcə danışmaq üçün müzakirələrdən bəhs edən Səlahəddin Dəmirtaş daha sonra qeyd edib: "Ana dilində bir neçə söz söyləməklə qiyamət qopmaz. Parlament tribunasından hansı küfrlər edildiyi hamıya məlumdur. Bəziləri sərxoş çıxışlar edir. Amma milyonlarla adamın danışdığı dildə bir millət vəkili dərdini demək istədikdə az qala ordu zərbə endirəcəkdi". Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı kürd tərəfdarı siyasətçilərin ölkənin cənub-şərq diyarlarında iki dildə danışmaq istiqamətindəki təkliflərini "Respublikanın quruluş fəlsəfəsini kökdən dəyişdirəcək" bir nöqtə kimi dəyərləndirib. Ordunun yaydığı bir məlumatda Türkiyə Silahlı Qüvvələri "xalq dövlət, unitar dövlət və dünyəvi dövləti hər zaman qorumuş və qorumağa davam edəcək" ifadəsini işlədib. Kürdlərin mədəni hüquqlarının genişlənmə mövzusunda keçirilən islahatlara baxmayaraq, azlıq dillərinin istifadəsi Türkiyədə hələ həssas bir mövzudur. AKP-nin kürdlərlə bağlı siyasəti yeni bir vəziyyət yaradıb. Səlahəddin Dəmirtaş kürd dilinin Millət Məclisində deyil, ancaq təhsil, media və ticarət sahələrində sərbəst istifadəsini tələb etdiyini və separatizmi heç bir şəkildə dəstəkləmədiyini bəyan edib. Onu da xatırladaq ki, bu il oktyabrın 18-də Türkiyənin Diyarbəkir əyalətində əslən kürd olan 150 nəfərlik siyasətçi, ictimai fəal üzərində məhkəmə başlayıb. Onlar arasında kürd yönümlü Barış və Demokratiya Partiyasından seçilmiş bələdiyyə sədrləri də var. Onlar terrorçu Kürdüstan Fəhlə Partiyası - PKK ilə əlaqələrdə ittiham edilir. Bu günlərdə isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin əsas kürdlər yaşayan Siirt bölgəsinə səfər edib. Daha sonra kənd meydanına çıxan baş nazir sakinlərlə görüşüb. Türk dilində bilməyən bəzi vətəndaşlar ona kürdcə müraciət etmək istəyib. Baş nazir isə kənd təsərrüfatı naziri Mehdi Ekeri yanına çağıraraq, tərcümədə ondan kömək istəyib. Kəndlilər nazir vasitəsilə problemlərini Ərdoğana çatdırıb. O isə həmin problemlərin həllilə bağlı göstəriş verib. Bakı xəbər
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko