SON XƏBƏRLƏR

Müxalifət liderləri subsidiyaların ləğv olunmasına münasibət bildiriblər

2021.10.20, 07:36
Müxalifət liderləri subsidiyaların ləğv olunmasına münasibət bildiriblər

Gunaz.tv

GünAzTv: İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubi dekabrın 21-də görüşərək müxtəlif ərzaq mallarına, benzinə və digər mallara subsidiyaların ləğvi məsələsini müzakirə ediblər. Subsidiyalar dekabrın 19-da ləğv olunub.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, müxalif liderlərin görüşdən sonra yaydığı birgə açıqlamada deyilir: “Ölkənin beynəlxalq sanksiyalarla üz-üzə qaldığı, iqtisadi durumun bərbad olduğu və ölkə əhalisinin 30 faizindən çoxunun işsiz qaldığı bir şəraitdə subsidiyaların ləğvi kəskin inflyasiya və bahalaşmağa gətirib çıxaracaq. Bu isə cəmiyyətdəki az gəlirli kasıb və yoxsul orta təbəqə əhalisinin çiyinlərinə düşən ağırlığı daha da artıracaq.

Ölkədə zavodların fəaliyyətin dayanması, işsiz fəhlələrin sayının artması, iqtisadi fəaliyyət üçün təhlükəsiz şərait olmadığına görə sərmayələrin ölkədən çıxarılması və azad iqtisadi rəqabətə meydan verilməməsi qaranlıq bir gələcəkdən xəbər verir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar