SON XƏBƏRLƏR

Amerika Konqresinin Senatı START müqaviləsini təsdiq edib

2021.10.20, 07:36
Amerika Konqresinin Senatı START müqaviləsini təsdiq edib

Gunaz.tv

GünAzTv: ABŞ  (Amerika Birləşmiş Ştatlar) senatı Rusiya ilə hər 2 ölkənin nüvə arsenallarının ixtisarını təmin edəcək müqaviləni ratifikasiya etdi.

Yeni START müqaviləsi nüvə başlıqlarının sayını 30 faiz azaldır. İxtisar eləcədə raket daşıyıcılarını və nüvə sualtı qayıqlarını da əhatə edəcək.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bəzi Respublikaçı siyasətçilər müqavilənin əleyhinə idilər. Onlar hesab edir ki, siyasi səbəblər üzündən bu müqavilə tələm-tələsik hazırlanıb.

Yeni START müqaviləsi Prezidentlər Barak Obama və Dmitri Medvedev tərəfindən hələ Aprel ayında imzalanmışdı.

Lakin Senatda bu sənəd Obama opponentləri tərəfindən xeyli vaxtıydı ki əngəllənirdi.

 

   

Son nəticədə lazımi sayda Respublikaçı senatorları dilə tutmaq mümükün oldu. Səsvermə 71 - 26 hesabı ilə sona çatdı.

Resbulikaçıların dilə tutulması kampaniyasına yüksək rütbəli həırbiçilər və keçmiş dövlət katibləri də qoşuldular.

Nəticədə yeni müqavilə təsdiqləndi. Beləliklə nüvə başlıqlarının 30 faiz həcmində ixtisarına yol açılmış oldu.

Eyni zamanda, yeni müqavilə qarşılıqlı hərbi yoxlamaların keçirilməsi praktikasını da bərpa edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar