SON XƏBƏRLƏR

Sinan Oğan: Sadəcə demokratik açılım deyil, erməni açılımı da Türkiyəyə müsbət heç bir şey gətirməyəcək (Müsahibə)

2021.10.20, 07:36
Sinan Oğan: Sadəcə demokratik açılım deyil, erməni açılımı da Türkiyəyə müsbət heç bir şey gətirməyəcək (Müsahibə)

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı, tanınmış siyasi analitik Sinan Oğandır.

 

 

-Sizcə, Türkiyədə ortaya atılan “iki dil” məsələsinin arxasında hansı amilləri durur?

 

 

-Uzun bir müddətdən bəri Türkiyəni etnik əsaslara görə bölmək istəyirlər. Burada dil bölünmə üçün ən önəmli vasitələrdən biridir. Türkiyədə bu təklifi gətirənlər İraqın Quzeyindəki idarəciliyi misal gətirirlər. Ancaq İraqın quzeyindəki Kürd bölgəsində uzun bir müddən bəri kürdcə təhsilin aparılması nəticəsində, artıq bir çox kürd gənci ərəbcə bilmir və İraq xalqından ayrılmış vəziyyətdədir. Eyni şeyi Türkiyə üçün də istəyirlər. Əsas məqsəd isə, bu toplum fəqli dilləri danışsın və bir-birini anlamayan vəziyyətə gəlsin. Bunun arxasında siyasəti istifadə edən bəzi daxili faktorlar olduğu kimi, eyni zamanda xarici faktorlar və ölkələr də durmaqdadır.

 

 

-Bu demokratiya doğru atılan addımdır, yoxsa, Türkiyənin etnik zəminin də bölünməyə aparan bir siyasətdir?

 

 

-Bu tələbləri demokratiyanı gücləndirmək üçün edilən addım olaraq dəyərləndirmək mümkün deyil. Burada fərdi haqlardan kimsə bəhsetmir, hərkəs ictimai və kollektiv bölünmə istəyir. Bu isə dolayısıyla etnik təməldə bölünməyə hesablanan bir hərəkətdır. Türkiyədə kimsə kürdlərə ana dilində danışmasın demir. Əlbəttə danışsınlar. Öyrənmələri üçün də kurslar açılsın. Bu başqa şeydir, ayrı bir təhsil sistem tələb etmək tamam başqadır. Bu bölünməyə gedən yoldur.

 

 

-Son illər Türkiyənin daxili və xarici siyasətini əhatə edən məşhur “açılamlar” siyasətinin sonunu neçə görürsünüz? Bu Türkiyə nə verəcək, daha doğrusu desək Türkiyə nə verdi?

 

 

-Köhnədən Türkiyə etimologiyasında “Açılım” sözü müsbət məna daşıyırdı. Ancaq sonradan Türkiyədə bu söz adı altında qədər çox yanlış işlər aparıldı ki, artıq bu sözü eşidən də tez insanın ağlına mənfi fikirlər gəlir. Sadəcə demokratik açılım deyil, erməni açılımı da Türkiyəyə müsbət heç bir şey gətirmədi gətirməyəcəkdə. Bunların artıq Türkiyəni idarə edənlər tərəfindən da başadüşülməsi lazımdır.

 

Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar