SON XƏBƏRLƏR

Tutuqlanmış iki nəfər fəaldan, heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Tutuqlanmış iki nəfər fəaldan, heç bir xəbər yoxdur

Gunaz.tv

GünAzTv: Təbrizin Əbbasi məhəlləsi sakinləri cənab Nasir Baqiri və Murtaza Nəqipur tutuqlanıb və naməlum istiqamətə aparılıblar.

 

Cənab Nəqipur iş yerində və Baqiri isə evdə dekabr ayının 14-də (Azərin 23-ü) yaxalanıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, adını çəkdiyimiz milli-mədəni fəallar tutulan gündən bəri Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində saxlandığı halda onların ailəsinə heç bir məlumat verilmir.

 

Məlumata görə, ETTELAAT əməkdaşları fəalların ailəsinə cavab verməkdə olduqca laqeydlik göstərirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar