SON XƏBƏRLƏR

İsrail Suriyanın Həmah bölgəsində İrana bağlı silahlıların mövqelərinə zərbələr endirib

2022.08.26, 01:10
İsrail Suriyanın Həmah bölgəsində İrana bağlı silahlıların mövqelərinə zərbələr endirib

Gunaz.tv

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, İsrail döyüş təyyarələri Həmah əyalətində Masyafın şərqindəki “Vadi əl-Ayun” bölgəsindəki əraziləri bombalayıb.

Məlumatda silahlı qruplaşmanın bazaları və silah-sursat anbarlarının dağıdıldığı, bir neçə güclü partlayışın baş verdiyi və naməlum sayda silahlının öldüyünü bildirilib.

Suriya və İran mediası da hücumu təsdiqləyib və İsrailin hava hücumuna müdafiə cavabı verildiyini yazsalar da, təfərrüat barədə açıqlama verməyiblər.

Ərəb mediası İsrailin hava zərbələrinin Tartus limanından Livan Hizbullahına göndərilən silah-sursat karvanını hədəf aldığını yazıb.

Timur 
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar