İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
GünAzTv: "Nədən İran İslam Respublikasının rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə, sərhədləri bağlamağa çağırmırsınız?" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ayətullah Lütfüllah Safi Qolpayeqaniyə açıq məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli Ayətullah Qolpayeqani!Sizin sökülməsi barədə məhkəmə qərarı olan "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Azərbaycan Respublikasının prezidentinə müraciətinizi diqqətlə oxudum. Sizin və təmsil etdiyiniz dövlətin dini-siyasi dairələrinin müraciətinizdə vurğuladığınız kimi "Azərbaycana, Azərbaycanın dövlət müstəqilliyinə xoş münasibətinə" əmin olmaq və inanmaq istəyərdim. Amma təəssüf ki, İran İslam Respublikasının Sizin "sevdiyiniz və polad qəlbli xalqının mövqeyini dəstəklədiyiniz" Azərbaycana, onun ərazi bütövlüyünə, dövlət müstəqilliyinə münasibəti tamamilə fərqli gerçəkliyin ortaya çıxmasına zəmin yaradır.Sizin müstəqilliyi ilə qürur duyduğunuz Azərbaycan Respublikasının torpaqlarının 20 faizi artıq 20 ildir ki, İran İslam Respublikasının dəstək verdiyi, bir dövlət kimi mövcudluğunu qoruduğu Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə onlarla məscid, ömürlərinin sonunadək İslama və onun müqəddəs dəyərlərinə ləyaqətlə xidmət edən müsləmanların məzarları darmadağın edilib. Sizin Sovet İttifaqının amansız şərtləri çərçivəsində müsəlmanlığını, şiə kimliyini qoruya bilməsindən heyrətə gəldiyiniz Azərbaycan xalqının bir milyon nümayəndəsi öz doğma Vətənlərindən, yurd-yuvalarından didərgin salınıb. 30 min müsəlman Azərbaycanlı öz torpaqlarının müdafiəsi uğrunda şəhid olub, onminlərlə insan - uşaq, qadın, qoca soyqırımına məruz qalıb, əsir götürülüb, sağlamlıqlarını itiriblər. Bütün bunlar İran İslam Respublikasının müharibənin ilk günlərindən başlayaraq dəstək verdiyi Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlərin yalnız bir hissəsidir. Nədən İran İslam Respublikasının rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə, sərhədləri bağlamağa çağırmırsınız? Məgər ermənilərin viran qoyduğu torpaqlar müsəlmanların torpaqları deyil? Məgər Qarabağda gülləbaran olunmuş, darmadağın edilmiş məscidlərdə müsəlmanlar ibadət etmirdi? Bəlkə ermənilərin İran İslam Respublikasının dini-siyasi rəhbərliyinin yanında xüsusi imtiyazları var? Onlar müsəlmanları öldürə, evlərini, torpaqlarını əlindən ala, məscidlərini darmadağın edə bilərlər?Hörmətli Ayətullah!Faciəli hal, Sizin müraciətinizdə deyildiyi kimi, təkcə "Fatimeyi-Zəhra" məscidinin sökülməsi deyil, həm də özünü müsəlman təəssübkeşi kimi göstərən İran İslam Respublikasının Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı himayə etməsidir. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son prezident seçkisi öncəsi təbliğat kampaniyalarında bugünki prezident Serj Sarkisyan da, onun rəqibi, sabiq dövlət başçısı Levon Ter-Petrosyan da Azərbaycan ərazilərinin işğalı zamanı Meğri sərhəd-keçid məntəqəsini Ermənistan üçün "həyat yolu" adlandırırdılar. Bəli, İran müsəlman Azərbaycanın ərazilərinin işğalında Ermənistana təcavüz üçün yeni nəfəs, həyat verirdi və bu proses indi də davam etməkdədir. Əsil fitnə, müsəlmanlar arasında ayrı-seçkilik, təfriqə salınması, zalımın, təcavüzkarın dəstəklənməsi, şərin müdafiə olunması məhz İran İslam Respublikasının əməllərində özünü büruzə verir. Bu səbəbdən də İran İslam Respublikasının müsəlman təəssübkeşliyi barədə bəyanatları nəinki Azərbaycanda, heç bir müsəlman ölkəsində səmimi qəbul olunmur. Səmimiyyəti, həqiqi möminliyi və müsəlman təəssübkeşliyini isə bəlağətli sözlərlə yox, əməllə təsbit etmək lazımdır. Hörmətli Ayətullah Qolpayeqani!Bütün bunlara baxmayaraq, Sizin "Fatimeyi-Zəhra" məscidi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətinizə qoşuluruq, eyni zamanda ümid edirik ki, Siz Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla münasibətlərə yenidən baxılması üçün İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada da müraciət ünvanlayacaqsınız".Xatırladaq ki, İran İslam Respublikasının tanınmış ruhanisi, Üləmalar Məclisinin və Konstitusiyaya Nəzarət Şurasının keçmiş üzvü, Qum dini dairəsində fəaliyyət göstərən ayətullah Lütfullah Safi Qolpayeqani Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.Müraciət Bakının Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsinin sökülməsinə qərar verdiyi "Fatimeyi-Zəhra" məscidi ilə bağlıdır. İranlı ayətullahın müraciətində əvvəlcə Azərbaycana, Azərbaycanın dövlət müstəqilliyinə xoş münasibət bəslədiyini vurğulanıb: "Sovet İttifaqı dağılandan və əziz Azərbaycan, o şiə və iftixarlı məmləkət istiqlal qazanandan sonra oradan Qum şəhərinə ziyarətə gələn və mənimlə görüşən qardaşlar və bacılar vasitəsilə daim bu şiə məmləkətinin geri qaytarılmış müstəqilliyini təbrik etmiş, öz qardaşlıq hisslərimi bildirmişəm". Azərbaycan xalqı haqqında fikirlərini ifadə edərkən Lütfullah Safi Qolpayeqani "bu bölgə xalqının şiə kimliyini qorumaqda heyrətamiz, qüvvətli və sabit rolunu" bəyəndiyini, bunu "onların qəlblərinin paklıq və nuranilik əlaməti" saydığını yazıb: "Bir sözlə, bu xalqı qəlbən sevir, əzizləyirəm. Mən bu polad qəlbli camaatın mövqeyini dəstəkləyirəm. Bunu tam ifadə etmək üçün söz tapa bilmirəm". Azərbaycanda şiəçiliyin bərqərar olduğunu, ölkənin islam adət-ənənələrini, məscid və hüseyniyyələri, məhərrəmliyi, orucluğu qoruyub yaşatmaqda "geniş şiə bölgəsinin heç bir xalqından geridə qalmadığını" bildirən ayətullaz Lütfullaz Safi Qolpayeqani prezident İlzam Əliyevdən bu nurlu, qədim irsin müdafiəçisi olmasını umduqlarını qeyd edib: "Ümidvarıq ki, günbəgün bütün sazələrdə o ölkənin tərəqqi və inkişafının müşahidəçisi olacağıq. Dünyanın minlərcə şiəsinin gözü sizin ölkəyə və sizin idarəçiliyinizə dikilib və hamı böyük bir addımı sizdən gözləyir. Bu işıqlı və aydın keçmişinizi ehtiramla, əzəmətlə, planlarınızın önündə tutun və məscidləri yenidən bərpa edib düzəldin. Azərbaycana meylli müsəlmanlar və şiələr üçün orada bir qrup şəxsin ölkənin əhli-beyt sevgisini təhqir etdiyini, bir olan cəmiyyətdə təhlükəsizliyə xələl gətirmək, ixtilaf salmaq, hətta vətəndaşların haqqına təcavüz etmək kimi qəsdlərin olduğunu eşitmək çox üzücüdür".Daha sonra Lütfullaz Safi Qolpayeqani "Fatimeyi-Zəhra" məscidinin hücuma məruz qaldığını yazır və bunun acınacaqlı hal olduğunu deyib: "Allah eləməmiş, məscid sökülərsə, bağlanarsa, fəaliyyəti dayandırılarsa, bu artıq çox faciəli bir haldır. Bu addımın pis nəticəsi o əziz ölkənin imicinə ziyan vura bilər. Sizin kimi bir şəxsiyyətdən umacağımız budur ki, uzaqgörən siyasətiniz və tədbiriniz sayəsində bu növ fitnələrin və fitnə törədənlərin qarşısını alasınız. Şəxsən bu məscidi ehtiramla ziyarət edin və bununla islam aləmini, xüsusilə şiələri xoşhal edin".Ayətullah Lütfullah Safi Qolpayeqani müraciətinin sonunda Azərbaycan prezidentinin bu istiqamətdə addım atacağına ümidini ifadə edib.
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN