Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır.
Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir və əksəriyyəti məhv edilmişdir. Ermənistan indiki ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində Ermənistanda bir nəfər azərbaycanlı belə qalmamışdır.
Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri - Rauf Zeyni, Səadət Bənənyarlı, Əkrəm Bəydəmirli, Vüqar Əhmədov, Elçin Mirzəbəyli, Rəşad Əliyev, İradə Rzazadə, Ayşən Hüseynova, Xatirə Vəliyeva, Hacı Abdulla, Mehri Xanbabayeva, Davud Rəhimli, Bahar Qasımova, Şəhla Nağıyeva, Azər Əliyev bildiriblər ki, erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyərək, eyni zamanda qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına kütləvi soyqırım həyata keçirirlər.
Belə ki, istər indiki Ermənistan ərazisində, istərsə də işğaldan azad olunmuş ərazilərimizdə azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsinin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilməkdədir. Təəssüflər olsun ki, tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükut və susqunluqla seyr etməkdədir.
Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti səsləndirilib.
UNESCO-nun Baş direktoru xanım Odre Azuleyə
Biz, Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, bir neçə dəfə UNESCO-ya, şəxsən Baş direktor xanım Odre Azuleyə müraciət edərək Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında sizə məlumat vermişik.
Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasəti nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir və əksəriyyəti məhv edilmiş, bir qismi özünküləşdirilmişdir.
Ermənistanın indiki ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara qarşı 200 ildən çox müddətdə davam edən deportasiya siyasəti nəticəsində Ermənistanda bir nəfər azərbaycanlı belə qalmamışdır. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur.
Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilmişdir.
Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir.
Bu proses bu gün də davam etməkdədir. Azərbaycan öz ərazilərini 30 illik işğaldan sonra azad etdi və Ermənistanın Azərbaycanın tarixi mədəni abidələrinə qarşı insanlığa sığmayan münasibətini bir daha görmüş oldu.
UNESCO-ya ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib.
Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb. Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır.
Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarət, vandallıq nümunəsidir.
Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır.
Bu məqsədlə beynəlxalq hüquqda mövcud cəza mexanizməri tətbiq edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
Bütün bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Ermənistanın Azərbaycan xalqına və Azərbaycanın tarixi-mədəni abidələrinə qarşı bu münasibətinə baxmayaraq Azərbaycan dövləti və eləcə də xalqımız bizim ölkəmiz ərasizində olan erməni abidələrinə qarşı daim diqqət göstərir və həmin abidələr dövlət tərəfindən qorunur. Nümunə olaraq Bakı şəhərinin mərkəzində yerləşən Müqəddəs Qriqori kilsəsini göstərə bilərik (Erməni kilsəsi). Belə ki, XIX əsrə aid olan bu tarixi bina dövlət tərəfindən tarix və mədəniyyət abidəsi kimi qorunur.
Məhz bütün bunları əsas gətirərək biz hazırki Ermənistan ərazisində yerləşən Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik.
Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olmuşdur.
4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçirilməsi barədə razılıq ifadə olunsa da nəticəsiz qalmışdır.
Ermənistan UNESCO missiyasının reallaşmaması üçün əlindən gələni edir və maraqlısı odur ki, UNESCO olaraq Siz bu prosesdə hansısa səbəbdən aktivlik göstərmirsiniz. Keçən hər gün Azərbaycanın tarixi-mədəni abidələrinin məhv edilməsinə şərait yaradır. İnanırıq ki, missiya reallaşacaq və Ermənistan öz layiqli cəzasını alacaq.
Bizi narahat edən digər bir məsələ UNESCO kimi bir mötəbər qurumun bu məsələdə hələ də səssiz qalmasıdır. Həm dövlət səviyyəsində, həm vətəndaş cəmiyyəti səviyyəsində dəfələrlə UNESCO-ya müraciət olunsa da, qurum olaraq heç bir münasibət bildirilmir və Ermənistanın vandallıq əməllərinə biganəlik nümayiş etdirilir.
Ermənistan ərazisindəki Azərbaycan abidələrinin, tarixi-mədəni irsin qorunub saxlanılması tək Azərbaycanın deyil, UNESCO-nun da öhdəliyidir. UNESCO erməni vandalizminin dünyaya çatdırılmasında heç bir rol oynamamaqla yanaşı, Azərbaycan tərəfindən göndərilən dəvətlərdən, abidələr haqqında yerində tədqiqat aparılmasından yayınır.
Bu sözün əsl mənasında ayrıseçkilik, ikili standartdır. Biz bu ayrıseçkiliyi və yanaşmanı 2020-ci ildə 44 günlük Vətən müharibəsində də yaxından hiss etdik. Sizin bu münasibətiniz təkcə UNESCO-ya deyil, həm də Azərbaycan xalqında BMT-yə qarşı inamsızığa gətirib çıxarır. Bu münasibətlər bizim gələcək fəaliyyətimizə də istər-istəməz təsir edir.
Hörmətli xanım Baş direktor,
Bir daha Sizə müraciət edərək Ermənistan ərazisində yerləşən Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana UNESCO tərəfindən faktaraşdırıcı ekspert qrupunun göndərilməsini xahiş edirik.
Müraciətə əlavə olaraq Sizin diqqətinizə Ermənistan tərəfindən mənimsənilmiş bir sıra maddi daşınmaz mədəni irsin siyahısını da təqdim edirik.
Ayxan
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir