İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
"Soyqrım" yalanı
Bir əsrə yaxındır ki, erməni ideoloqları və onların havadarları dünya ictimaiyyətini inandırmağa çalışır ki, 1915-ci ildə Osmanlı ərazisində “zavallı” ermənilərə qarşı soyqırım törədilmişdir. Bu Osmanlı imperiyasının süqutundan sonra yaranmış Türkiyə Cumhuriyyəti başda olmaqla bütün türk dünyasına qarşı aparılan propaqandanın, türk-islam düşmənçiliyinin ən bariz nümunəsidir. Bu həm də tarixin saxtalaşdırılması, siyasətçi - ideoloqların çıxarlarına tabe edilməsidir. Gerçək, tarixçilərin yazdığı tarix isə bu iddiaların əsassızlığını sübut edəcək fakt və bəlgələrlə doludur. Beləliklə ...
I Dünya Müharibəsi illəri...
Osmanlı dövlətinin 1 noyabr 1914-cü ildə İngiltərə, Fransa və Rusiya dövlətlərinə qarşı müharibəyə başlaması dünya erməniləri, o cümlədən Osmanlı ərazisində yaşayan ermənilər tərəfindən böyük sevinclə qarşılandı. Müharibə “Böyük Ermənistan” planının reallaşması yolunda böyük fürsətə çevrilmişdi. Erməni birlikləri müttəfiq dövlətlər tərəfindən aldadılmış, Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılacağına təminat verilmişdi. Bu da təbii olaraq Osmanlı tərkibində yaşayan erməniləri xəyanətə, ona qarşı müharibəyə cəlb edə bilmişdi. Könüllü dəstələr quraraq rus ordusuna qoşulan ermənilər onlarla birlikdə Şərqi Anadolu torpaqlarına daxil olmuşdular. Həmçinin Anadolunun müxtəlif bölgələrində üsyanlar çıxarılmış, Osmanlı birlikləri arxadan vurulmuş, yerli əhali böyük qətliama uğradılmışdı. Bu qətliam yalnız türkləri hədəfə almamış, Trabzon ətrafındakı rumlar və Hakkari bölgəsindəki yəhudilər də ermənilər tərəfindən məhv edilmişdi. Osmanlı əleyhinə ilk üsyanlar isə hələ XIX əsrin sonlarından başlamışdı. 1887-ci ildə Cenevrədə qurulan “Hıncaq” və 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” kimi komitələrin əsas hədəfi “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin azad edilməsi” idi. Onların düzənlədiyi ilk üsyan 1890-cı ildə Ərzurumda daha sonra isə Van, Muş, Kayseri, Zeytun, Adana və s. bölgələrdə gerçəkləşdirilmiş, yerli əhali amansızca qətl edilmişdi. Bu üsyanlar I Dünya müharibəsi illərində də davam etdirilmiş, ermənilər ruslara casusluq etmiş, dövlətin səfərbərlik əmirlərinə uymamış, hərbi xidmətdən yayınaraq “vətənə xəyanət” etmişdilər. Hələ müharibə başlamamışdan əvvəl 1914–cü ilin iyununda Ərzurumda Daşnaksütyun komitəsi toplanaraq qərara almışdı: “Daşnaksütyun komitəsi İttihad və Tərəqqi hökümətinə qarşı müxalif qalacaq, onun siyasi proqramını tənqid edəcək, ona qarşı şiddətli mübarizəyə girişəcəkdir”. Həmçinin Osmanlının döyüşə başlamasıyla Marseldə yaşayan Osmanlı erməniləri də bu barədə bəyənnamə qəbul edərək bildirmişdi: “Türk təbəəsində olan heç bir erməninin silahı, ikinci vətənimiz olan Fransaya, onun müttəfiq və dostlarına qarşı çevrilməyəcəkdir”.
Cana yığılan Osmanlı ...
Ermənilərin davam edən üsyan və xəyanətləri Osmanlı dövlətini bir sıra tədbirlər görməyə məcbur etmişdi. İlk olaraq hökümət Erməni patrikinə, erməni millət vəkillərinə və camaat liderlərinə xəbərdarlıq edərək bildirilmişdi ki: "Ermənilər müsəlman camaatı arxadan vurmağa və qətl etməyə davam edərsə, gərəkli tədbirlər görüləcəkdir”. Lakin bu xəbərdarlığın bir nəticəsi olmadığını görən Osmanlı hökuməti 24 aprel 1915-ci ildə Erməni Komitələrinin qapadılmasına, onların 2345 fəal üzvünün dövlət əleyhinə fəaliyyətindən dolayı həbsinə qərar vermişdi. Həbs olunanların hər biri qətliamlarda birbaşa iştirak etmiş şəxslər idi. Məhz o gündən etibarən, ermənilər hər il 24 apreli “soyqırım” günü kimi qeyd etməyə başlamışlar. Bu qərardan təxminən 1 ay sonra, 1915-ci il 27 mayda Osmanlı hökuməti yeni “Təhcir (Köç, yerdəyişmə )qanunu” nu qəbul etdi və qanun 1 iyun 1915-ci ildə “Takvim-i Vekayi” qəzetində yayımlanaraq qüvvəyə mindi. Təhcir qanunu tam olaraq "Müharibə zamanı hökümət qərarlarına uymayanlara qarşı ordu tərəfindən görüləcək tədbirlər haqqında müvəqqəti qanun” adlanırdı. Bu ermənilərin strateji əhəmiyyətli nöqtələrdən daha təhlükəsiz bölgələrə köçürülməsini nəzərdə tuturdu. Ən önəmli nöqtələr Qafqaz və İran cəbhəsinin arxa bölgəsini təşkil edən Ərzurum, Van və Bitlis, ikincisi isə Sina cəbhəsi gerilərini təşkil edən Mərsin-İskəndərun bölgələri idi. Çünki ermənilər bu bölgələrdə düşmənlə birləşir, onlara böyük yardım edirdilər. Beləliklə, Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilər, Mosulun cənub hissələrinə, Zor və Urfa bölgələrinə, Adana, Maraş ərazilərindən çıxarılanlar isə Suriyanın şərq hissəsinə və Hələbin şərq və cənub-şərq ərazilərinə köçürüldülər.
Köçürmə prosesi və Osmanlı humanizmi
İlk olaraq qeyd etmək lazımdır ki, “Təhcir qanunu” Osmanlıda yaşayan bütün ermənilərə şamil edilmirdi. Katolik və Protestant ermənilər, orduda qulluq edənlər və tibb sahəsində çalışanlar bu qanundan kənarda qalırdı. Həmçinin xəstə, şikəst, yaşlı, yetim və dul qadınlara da bu qanun tətbiq olunmurdu. Əksinə, onlar qorunma altına alınmış, ehtiyacları dövlət hesabına ödənilmişdi - bu köç zamanı Osmanlı hökümətinin son dərəcə diqqətli və humanist olmasının bariz nümunəsi idi. Bir digər önəmli məsələ isə qanunda heç bir etnik qrupun – erməni, rus, rum, kürt və s.adının çəkilməməsi idi. Çünki qanun təkcə ermənilərin yox, xəyanət edəcək bütün etnik qurupların köçürülməsini nəzərdə tuturdu. Həmçinin köçürülən ermənilərin can və mallarının qorunması, yemək, içmək və istirahətlərinin təmin edilməsi bölgələrdəki idarəçilərə tapşırılırdı. Ermənilərin qoyub getdiyi daşınmaz əmlaklarını və əşyalarını qorumaq üçün xüsusi olaraq “Tərk edilmiş mallar komissiyası” yaradılmışdı. Lakin Osmanlı hökümətinin köç məsələsinə diqqətlə yanaşmasına və köç etdirilən ermənilərin təhlükəsizliklərini təmin etməsinə baxmayaraq, köç karvanlarına edilən hücumlar, aclıq və xəstəlik nəticəsində mənzil başına çata bilməyərək həlak olan ermənilər də olmuşdu. Onlar məhz bu ölüm hallarını “soyqırım” adlandırmış, bunu Türkiyə Cumhuriyyətinə qarşı təzyiq vasitəsinə çevirmişdilər. Ermənilərin iddiasına əsasən, köç zamanı bir milyon yarım erməni türklər tərəfindən qətlə yetirilmişdi. Rəsmi dövlət statistikasına əsasən isə, müharibə illərində Osmanlıda cəmi 1.250.000 (bir milyon iki yüz əlli min) erməni var idi. Köçürülən erməni sayı 438.758, mənzil başına çatan erməni sayı isə 382.148dir. Göründüyü kimi arada qalan fərq, dolayısıyla ölənlərin sayı 56.610 nəfərdir. Osmanlı arxivlərinə görə də köç zamanı ölən ermənilərin sayı 50-60 min nəfərə yaxın olub. Bu da arxivlərdə deyildiyi kimi xəstəlik, aclıq və köç karvanlarına edilən hücumlar nəticəsində baş verib. Yəni hökümət soyqırım məqsəd ilə bir ermənini belə öldürməmişdir...
"Soyqırım" bugün
Rəsmi statistikalara və tarixi bəlgələrə baxmayaraq qondarma erməni “soyqırımı” iddiaları davam etməkdədir. 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və ABŞ ) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib. Türkiyənin “strateji müttəfiqi” Amerika Birləşmiş Ştatlarında “soyqırım”ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində “soyqırım”la bağlı iki layihə hələ də qüvvədədir. “Erməni soyqırımı”nı tanıyan beynəlxalq təşkilat da var – Avropa Parlamenti. Bu qurum Fransanın xüsusi səyləri ilə “erməni soyqırımı”nı hələ 1987-ci ildə tanıyıb. Bugün ermənilər bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıb, filmlər çəkdirib, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə salıb, kitablar yazdırıblar. ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırım” ifadəsinin yarım addımlığından keçirlər. Bu, Türkiyə dövlətinə və hazırki AKP hökümətinə ən güclü təsir vasitəsi hesab edilir və Amerika bundan maksimum dərəcədə yararlanmağa çalışır. Belə siyasətlə ABŞ höküməti Ermənistanı iqtisadi blokadadan çıxartmağa və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaq istəyir. 20 faiz torpağı işğal olunan, 1 milyona yaxın məcburi köçkünü və qaçqını olan Azərbaycanla bağlı siyasətdə isə Amerika yenə ikili standartlardan çıxış edir, özünün bütün dünyaya ixrac etdiyi demokratiya prinsiplərinə kölgə salır. Bugünlərdə isə bütün dünya ictimaiyyəti qondarma “soyqırım” ilə bağlı ilk dəfə çıxış edəcək Amerika prezidenti Barak Obamanın “soyqırım” ifadəsini işlədib-işlətməyəcəyini gözləyir. Bu çıxış proseslərin sonrakı inkişafına birbaşa təsir edəcək və Türkiyəyə-Amerika-Ermənistan münasibətlərinin gələcəyi baxımından önəmli rola sahib olacaq. İlqar Heydərli
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN